Yuxarı

Gömrük Komitəsindən sahibkarlar üçün mühüm yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı növbəti yeniliyə imza atıb.

Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayevin Axar.az-a verdiyi məlumata görə, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, həmçinin müxtəlif bürokratik əngəllərin və vaxt itkisinin aradan qaldırılması məqsədilə sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana biləcəklər.

"Gömrük rəsmiləşdirilməsi ilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandıra bilərlər. Nəzərinizə çatdırıram ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı bu yenilik Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 263 nömrəli, 22 iyul 2014-cü il tarixli qərarı ilə reqlamentləşdirilir və Ümumdünya Gömrük Təşkilatı tərəfindən hazırlanmış "Gömrük XXI əsrdə" sənədi və Ümümdünya Ticarət Təşkliatı çərçivəsində yeni imzalanmış Ticarətin Asanlaşdırılması Sazişi müddəlarına cavab verməklə beynəlxalq praktikada gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, gömrük orqanları tərəfindən risklərin təhlili, gömrük nəzarətinin daha çevik və effektiv aparılmasına xidmət edən təcrübə kimi qəbul edilir", - İqbal Babayev bildirib.

Onun sözlərinə görə, təqdim olunan bu yeniliyin sahibkarlar üçün əsas üstünlüyü ondan ibarətdir ki, gömrük orqanları artıq idxal və ixrac olunan mallar barədə qabaqcadan məlumat əldə edəcəklər və bu da, ilk növbədə sərhəd buraxılış məntəqələrində həmin bəyan edilən mal və nəqliyyat vasitələrinin daha da surətli keçidi təmin olunmaqla yanaşı gömrük rəsmiləşdirilməsinin daha çevik və vaxt itkisi olmadan həyata keçiriləcək:

"Bu xidmətdən yararlanmaq üçün sahibkarlar Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən olunmuş prosedura uyğun olaraq sadə qeydiyyat prosesindən keçməklə gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemlərindən istifadə edə bilərlər".

Tarix
2016.01.07 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla