Yuxarı

Zaqatala sakini yeni maşın düzəltdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda 27 yaşlı gənc yeni avtomobil hazırlayıb.

Axar.az Region Tv-ə istinadən xəbər verir ki, bir ton 250 kq çəkisi olan avtomobilin ərsəyə gəlməsi üçün beş ilə yaxın vaxt sərf olunub.

Zaqatala rayonunun Danaçı kənd sakini Abdulla Məmmədov heç bir kənar müdaxilə və yardım olmadan, yalnız ağlı və əl əməyindən istifadə etməklə yeni bir avtomobil növü hazırlayıb.

O, "Abdulla" adlandırdığı bu maşının hazırlanmasında dörd növ avtomobilin hissələrindən istifadə edib. Belə ki, avtomobilin ön daşıyıcı hissəsi və ön təkərləri "Zaporojets", arxa körpü hissəsi "Moskviç", arxa təkərləri "Mercedes", mühərrik və sürət qutusu isə "VAZ 2101" markalı avtomobillərə məxsusdur. Avtomobilin maketi və digər hissələrini isə gənc öz əlləri ilə hazırlayıb.

Uşaqlıqdan texnikaya həvəs göstərən Abdulla Məmmədov avtomobil hazırlamağı illər öncədən arzulayıb. Bu istəyini reallaşdırmağa isə beş il əvvəl başlayıb. Avtomobil yalnız bir neçə gün öncə tam hazır vəziyyətə gətirilib. O, bu texnikadan şəxsi təsərrüfatında istifadə etmək fikrindədir.

İki ton yük daşıma qabiliyyətinə malik avtomobil 100 kilometr məsafəyə 6-7 litr benzin sərf edir. Avtomobilin hazırlanması üçün təqribən 4500 manata yaxın vəsait xərclənib.

Tarix
2016.01.07 / 18:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla