Yuxarı

Azərbaycanlıların əlindən alınan Moskva – Adlar-obyektlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz Ağalarov, Telman İsmayılov, Zarah İliyev, İskəndər Xəlilov, Vahid Ələkbərov... Bu adamlar Moskva mühitində elit biznes qurmuş həmyerlilərimizdir. Və bu adamların hamısı ötən əsrin 90-cı illərinin əvvəllərində öz bizneslərini yaratmış və çiçəkləndirərək artıq Forbesin siyahısına kimi irəliləyə bilmişdilər.

Amma həmin ərəfədə 10 minlərlə azərbaycanlı da Rusiyaya üz tutmuşdu. Onlar da biznes qurmağa can atırdılar. Adıçəkilən bu adamlar qədər deyillər və əslində bu adamların adları sizə heç nə deməyəcək. Bir vaxtlar onların əllərində olan ticarət obyektlərinin sayı və toplam qiyməti 100 milyon dollarla ölçülürdü. Və onlar Moskvanın onlarla ticərət nöqtəsinə nəzarət edə bilirdilər. Bunu bacarmışdılar.

Moskvanın ələ keçirilməsi

Həmin dövrdə Moskva bazarları uğrunda qafqazlılar və orta asiyalılar arasında əsl müharibə gedirdi. Belə bir məqamda özünüqoruma instinkti başqa millətlərdə olduğu kimi, azərbaycanlıları da mütəşəkkil cinayətkar dəstələrdə birləşməyə məcbur etdi. Tezliklə bu tip, necə deyərlər, milli qruplaşmaların sayı artmağa başladı. Az keçmiş isə artıq Moskvadakı azərbaycanlı qruplaşmalar regional qaydada formalaşmaq qərarına gəldilər. Daha sonra isə azərbaycanlıların kriminal liderləri, kriminal qruplaşmaları, özü də yuxarıda qeyd etdiyimiz kimi, regional qaydada formalaşmışdılar artıq. Və Moskva, daha doğrusu, Rusiya paytaxtının irili-xırdalı əsas ticari obyektləri onların arasında, elə məhz regional qaydada bölündü.

Amma… Əslində, Rusiyada yaşayan azərbaycanlıların özləri deyir ki, burada soydaşlarımızın həmrəyliyi yoxdur. Onlar erməni, gürcü, çeçen və digər Qafqaz xalqlarından fərqli olaraq, bir-birini dəstəkləmir. Yaxın qohumluq əlaqəsində olan azərbaycanlıların da müəyyən bir qisminin düşmən münasibətdə olduğunu bildirən soydaşlarımızın sözlərinə görə, qətl hadisələri əksər vaxtlarda pul-para üstə baş verir. Bəzi azərbaycanlılara elə gəlir ki, o işləməməlidir və maddi imkanı olan azərbaycanlı ona aylıq pul ödəməlidir. İmkanlı azərbaycanlı da soydaşına havayı pul vermək istəmədikdə sonu qisas alma ilə nəticələnir.

Amma bu, Lotu Hikmət və Masallı Mamedin öldürülməsindən sonra daha intensiv xarakter alıb. Böyük qardaşların yoxluğu azərbaycanlıların öz aralarındakı "razborka"ları da daha qanlı vəziyyətə gətirib çıxarır. Azərbaycanlıları öz soydaşlarımızın öldürməsi, oğurlaması, şikəst etməsi Rusiyada yaşayan həmyerlilərimizi ciddi narahat edir. Amma nə olsun? - nə ciddi avtoritet var, nə də diaspor qurumu. Moskvadakı diaspor qurumlarımız - ÜAK, "Azerros", Moskva Azərbaycan Cəmiyyəti... Bunların adı diaspor qurumudur. Onların özlərini yenidən qurmaq lazımdır və bu başqa mövzunun söhbətidir.

Obyektlərin siyahısı

Aşağıdakı obyektlərin siyahısına fikir verin. Bu ticarət nöqtələrinin, otel və digər obyektlərin hamısı azərbaycanlıların olub. Bu gün onların çox az bir qismi həmyerlilərimizin əlində qalıb. Nədən? Bu barədə yuxarıda yazdıq…

Mərkəz dairəsi

- restoran "Aqdam".
- kafe "Aqdam";
- kafe "Aqdaş";
- kafe "Aist";
- "Baumanski", "Lefortovski", "Tişinski", "Usaçevski", "Mərkəzi" və "Lujniki" bazarları;
- "Kurski", "Paveletski" dəmiryolu vağzallarında çoxlu sayda obyektlər;
- "Vneşekonombank" yaxınlığında valyutadəyişmə nöqtələri.

Şimal dairəsi

- kafe "Parus";
- "Butırski", "Leninqradski", "Lianozovski", "Koptevski" bazarları. Sonuncunun sahibi əslən Ucardan olan "Ata" ləqəbli şəxsdir.

- "Voykovski", "Petrovsko-Razumovski" metrostansiyaları yaxınlığındakı ticarət köşkləri;
- "Debent" firması
- ARMST firması

Şimal-Şərq dairəsi

- "Rijski", "Severnı" bazarları. Birinciyə naxçıvanlılar, ikinciyə isə yevlaxlılar nəzarət edir.

- "Babuşkinsi", "VDNX", "Medvedkovo", "Botaniçeski sad" metrostansiyaları yaxınlığında çoxsaylı ticarət köşkləri.

Bu əraziyə "Əsa" ləqəbli Cəlil Abbasovun sayı 30 nəfəri ötən qruplaşması nəzərət edib. Əvvəllər reketliklə də məşğul olan bu qrup son vaxtlar taciklərlə birgə narkotik satışı üzrə ixtisaslaşıb.

Şimal-Şərq dairəsində yerləşən "Baykonur" kinoteatrı ətrafında, Leskova, Pleyeva, Prişvina küçələrindəki ticarət köşklərinə də bizimkilər nəzarət edir. Bundan başqa, bu regionda azərbaycanlılara məxsus iki böyük şirkət - "Zemlyak" və "Moskovskaya okraina" fəaliyyət göstərir. Borçalılara məxsus bu iki şirkət əsasən avtomobil ticarəti ilə məşğuldur.

Şərq Dairəsi

- kafe "Zolotoy popuqay";
- kafe "Petrovskiy dvorik";
- "İzmaylovski", "Lokomotiv", "Preobrajenski" bazarları;
- "Vıxino", "Novoqireevo", "Preobrajenskaya", "Semyenovskaya", "Sokolniki", "Şelkovskaya" metrostansiyaları yaxınlığındakı ticarət köşkləri.

"Vıxino" uğrunda Ucar-Şəmkir davası

Ərazidəki ən böyük bazar "Vıxino" bazarıdır. Ucar rayonunun Qaracallı kəndindən olan Sarıyev qardaşlarının nəzarətindədir. 9 qardaşın bazarı adlanan "Vıxino" bazarı uğrunda ucarlılarla şəmkirlilər arasında əsil müharibə gedir. İndiyəcən Sarıyev qardaşlarından üçü qətlə yetirilib. Heç bir qətlin üstü açılmayıb.
Vidadi adlı azərbaycanlının rəhbərlik etdiyi 60 nəfərlik qrup isə bu regionda valyuta alveri ilə məşğuldur.

Şimal-qərb dairəsi

- otel "İzumrud";

- otel "Mostransaqenstva";

- metronun "Planernaya", "Sxodnenskaya", "Şukinskaya", "Tuşinskaya" bazarları. Sonuncu adı gedən bazar bütünlüklə Şəkidən olan həmyerlilərimizin nəzarətindədir. Bu regionda Vaqif Qocayevin "Gigger" adlı şirkəti fəaliyyət göstərir. Şirkət miqrantlara hüquqi yardım göstərmək adı altında saxta miqrasiya kartları, işləmə izni verən kağızlar və pasport hazırlamaqla məşğuldur.

Cənub dairəsi

- otel "Zaqorye";
- otel "Orexovo";
- restoran "Akropol";
- restoran "Den i noç";
- kafe: "Karabax", "Tsaritsino", "Çinara";
- "Velozavodski", "Danilovski", "Moskvoreçski" bazarları.

- "Kaşirski" və "Na zelyonıx qorax" adlanan ərazidə əşya bazarları. Bu bazarlara 1954-cü il təvəllüdlü Edison Abbasov, "Kərim" ləqəbli Hacıkərim Şahbalayev və Səfail Bağrıov nəzarət edib.

Cənub dairəsində fəaliyyət göstərən və İsgəndər Şücainin rəhbərlik etdiyi 30 nəfərlik qruplaşma əsasən narkotik və saxta valyuta alveri ilə məşğul olub.

Dairədə azərbaycanlılara məxsus "Rossiyanka", "Ukraina" şirkətləri fəaliyyət göstərir. Onlar xarici ölkələrdən meyvə idxalı ilə məşğuldurlar.

Metrostansiyanın "Çertanovskaya" stansiyası yaxınlığında "Alik" ləqəbli Mərkəz Allahverdiyevin 50 nəfərlik qruplaşması fəaliyyət göstərib. Əsas işləri oğurluq malların realizəsidir.

"Prajskaya"

Bu dairdə ən böyük bazar olan "Prajskaya"dan bir qədər geniş söhbət açaq. Bazara əslən borçalıdan olan həmyerlilərimiz nəzarət edir. Obyektin qeyri-rəsmi sahibi Tofiq Əliyevdir. Saxta iqtisad elmləri namizədi vəsiqəsi gəzdirir. Azərbyacan səfirliyinin və digər diaspor qurumlarının təşkil etdiyi əksər ziyafətlərin qeyri-rəsmi sponsorudur. Bu bazardan başqa Moskvanın şimalında bir neçə avtosalona nəzarət də onun əlindədir. Bu avtosalonlarda isə Avropadan gətirilmiş maşınlar realizə edilir. Bir qədər əvvəl Moskvadakı Azərbaycandan çıxmış yəhudi qruplaşması "Prajskaya"ya əl qoymaq istəsə də, məhz səfirliyin müdaxiləsindən sonra Tofiq Əliyevdən əl çəkmişdilər. "Şəmkir qruplaşması" ilə meyvə ticarətinə də şərikdir.

Cənubi-Şərq dairəsi

- "Nessi" firması. Sahibi Nübuvat Qalib idi. "Mariino" mikrorayonundakı əksər mevə-tərəvəz köşklərinə nəzarət edir. Ətrafında 20-yədək idmançı görkəmli şəxs var.

- kafe "Tri stupenki".

Bu kafe və ətraf ərazilərdəki ticarət nöqtələrinə "Şah" ləqəbli Şahabəddin Musayev nəzarət edirdi. "Şah"ın ətrafında 20-dən çox adam birləşmişdi. O, qətlə yetiriləndən sonra qruplaşma dağılıb.

"Çinar" ticarət şirkəti, "Lyublinski" bazarı da azərbaycanlıların əlindədir. "Tekstilşiki" metrostansiyasının yaxınlığındakı ticarət köşklərinə də sayı 30 nəfərə çatan azərbaycanlı qruplaşma nəzarət edir. Qrupun liderləri Fərrux Qurbanov, İlqar Cəfərov, Tofiq Cəfərov və Sahib Abdiyev idi.

Cənub-qərb dairəsi

- otel "Yujnaya"
- otel Çeremuşinskaya;
- "Moskvoreçski" və "Çeryomuşinskaya" bazarı. Sonuncu bazar 2006-cı ilədək "Culfalı Bayram"ın nəzarətində idi. Bayram həmin il Lotu Hikmətlə bir maşında güllələndi. Amma buna baxmayaraq, naxçıvanlılar bu bazarı nəzarətdə saxlaya biliblər.

Qərb dairəsi

- otel "Mojayskaya";
- "Solnsevsk" maşın bazarı;
- "Doroqomilovski" bazarı;
- metronun "Yuqo-zapadnaya" stansiyasının yaxınlığındakı ticarət köşkləri, "Kiyevski" dəmir yolu vağzalı ətrafındakı pavilyonlara da bizimkilər nəzarət edirlər. Etibar Babayev, Arif Mərdanov, Vidadi Orucovun rəhbərlik etdiyi qruplaşma oğurluq avtomobil və ehtiyat hissələrinin realizəsi ilə məşğuldurlar.

"Kuntsevski" bazarı ətrafında ətriyyat topdansatışına da azərbaycanlılar nəzarət edir. Bundan başqa, topdansatış gül ticarəti ilə məşğul olan Məmməd Məmmədovun "Diesta" şirkəti də bu ərazidə yerləşir.

Tarix
2014.01.31 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla