Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Aprel 2018


66 məktəb direktoru işdən çıxarıldı - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ərzində Azərbaycanda iş fəaliyyətinin son yaş həddinə çatmış 66 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib, 76 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinin müddəti isə 1 il uzadılıb.

Bunu Trend-ə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində çalışmağın son yaş həddinə çatmış işçilərlə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmrində qoyulmuş tələb və meyarlar (son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə muvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə, təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

İ.Nağıyev qeyd edib ki, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq 5 dəfə uzadıla bilər.

Qeyd edək ki, Əmək Məcəlləsinə görə, dövlət müəssisələrində çalışmaq üçün son yaş həddi 65-dir.

Tarix
2016.01.08 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sürücülərə xəbərdarlıq: bu yollardan istifadə etməyin

Naxçıvanda əməliyyat: Külli miqdarda narkotik…

Hakimdən Əfqan Muxtarlı ilə bağlı qərar

Qanun imzalandı: sürücülərə vaxt verildi

Hüseyn Abdullayev indi hardadır?

Yol düzəldi, indi də sakinlər işıqlandırma tələb edir

Kollegiya 4 vəkili cəzalandırdı, üç vəkili isə...

Ölkədən külli miqdarda valyuta çıxaranlar tutuldu

İranda azərbaycanlıların aksiyası: Qarabağ bizimdir! - Video

"Kapital Bank" endiriminə az qaldı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla