Yuxarı

Rektor 19 kafedranı bağlayır - ADNSU-da

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) struktur dəyişikliyi aparılacaq və 19 kafedra bağlanacaq.

Report xəbər verir ki, ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, universitetdə kafedraların birləşdirilməsi işləri gedir: "Hazırda universitetdə 47 kafedra var. Fevral ayında kafedraları birləşdirəcəyik. Birləşmədən sonra 28 kafedra qalacaq".

Onun sözlərinə görə, hazırda universitetin laboratoriyaları da yenilənir.

Rektor deyib ki, ADNSU-da semestr imtahanlarının gələcəkdə şifahi formada götürülməsi planlaşdırılır: "Bunun üçün müəllimlərin dürüst olduqlarına, prosesin şəffaf keçəcəyinə tam əmin olmalıyıq. Bu il universitetdə qeyd edilən məsələ ilə bağlı bir eksperiment keçirmişik. Universitet üzrə 700 müəllimdən ancaq 14-ü şifahi imtahan götürmək üçün seçilib. Dekanlıqlar onların işinə qarışmır. O müəllimlər tələbənin sevimliləridir, çünki onlar düzgün, təmiz və rüşvətdən uzaq təhsil işçiləridir".

Rektorun sözlərinə görə, növbəti seçimlərdə şifahi imtahan götürən müəllimlərin sayının çoxalacağı istisna deyil: "İmtahan götürən müəllimlər ictimai rəyə əsasən seçilib".

Tarix
2016.01.08 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla