Yuxarı

Sürücü qəza törətdi, hadisə yerindən qaçdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərnişin avtobusu qəza törədib, sürücü hadisə yerindən qaçıb.

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

32 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanmış "Mercedes" markalı minik maşınına çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü avtomobildə olub, avtobusda da sərnişin sıxlığı olub. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmasa da, minik maşınına ciddi ziyan dəyib.

"Mercedes"in sürücüsü Famil Nəsibovun sözlərinə görə, avtobus yüksək sürətlə hərəkət edib və qəfildən onun maşınına arxadan çırpılıb. Avtobusun sürücüsü qəzadan dərhal sonra hadisə yerini tərk edib. 32 saylı marşrut xəttinin məxsus olduğu fərdi sahibkarın nümayəndələri hadisə yerinə gəliblər və sürücünün hadisə yerindən qorxudan qaçdığını bildiriblər. Araşdırma zamanı məlum olub ki, avtobusun icbari sığortası da yoxdur.

Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Onların israrlı tələblərinə baxmayaraq, sürücü qəza yerinə gəlməkdən imtina edib, bir qədər sonra isə onu ümumiyyətlə tapmaq mümkün olmayıb.

Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru Yaqub Abdullayev bildirib ki, qəzaya səbəb olan sürücünün hadisə yerini tərk etməsi ilə bağlı protokol tərtib olunacaq və müvafiq tədbir görüləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2016.01.09 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla