Yuxarı

Müğənnilər Rəqsanənin qızının “polis söhbəti”ndən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu sözləri mətbuata danışarkən müğənni Rəqsanənin qızı deyib. O, bildirib ki, yol polisləri onu saxlayanda anasının adını verir və polislər də buna görə ona güzəşt edirlər.

Bu fikirlər yayılandan sonra Bakı Şəhər Baş Yol Polis İdarəsi məsələni belə şərh edib:

"Biz həmişə tanınmış və xanım müğənnilərə güzəşt etmişik. Bundan sonra heç kimə güzəşt olunmayacaq və qaydanı pozan kəs cəzalanacaq".

"Axar.az" olaraq məsələ ilə bağlı başqa müğənnilərimizin də fikrini öyrəndik.

Rəqsanənin qızı kimdir ki?..

Nüşabə Ələsgərli bu məsələdə polislə tam razı olduğunu bildirdi:

"Bir fərli adamla bağlı sual verin, cavab verim. Rəqsanənin qızı kimdir ki? Uşaq-muşaqdır da. Polis nə deyibsə, düz deyib".

Onun gənc və xanım olmasına güzəşt edib

Ruhəngiz Allahverdiyeva isə bunları dedi:

"Qanun hamımız üçün qanundur. Hər halda yol polisi də bizim təhlükəsizliyimizi qoruyur. O, polisin alicənablığıdır ki, qanun öz yerində qalıb, onun gənc və xanım olmasına güzəşt edib. Hər gün bir hadisə baş verir, ölən olur və bu qanunlar da ona görədir ki, bizim təhlükəsizliyimizin qayğısına qalsın. Sağ olsunlar, polislər bizə hörmət edirlər".

Onun öz işidir

Nazpəri Dostəliyeva isə ümumiyyətlə bu məsələni mənasız adlandırdı:

"Mən bu məsələni şərh etmək istəmirəm. Onun öz işidir. Sadəcə və sadəcə, mənasız bir məsələdir".

Maşın sürmək üçün yol qaydalarını bilmək vacibdir

Mənzurə Musayeva isə qanunun hər kəsə şamil olunduğu diqqətə çatdırdı:

"Qanun hamı üçün qanundur. Yox, düz eləməyib belə söyləməkdə. Maşın sürmək üçün yol qaydalarını bilmək vacibdir. Ola bilər ki, sən bilmirsən, amma qarşı tərəfi də təhlükədə qoyursan".

Uşaqdır da

Mətanət Əsədova Rəqsanənin qızını elə də qınamaq fikrində olmadı:

"Uşaqdır da. İndi deyib-deyib də... Nə olar ki? Ona elə xoşdur, elə də deyir. Durub qəlbini qırası deyiləm ki".

Qayda-qanuna əməl edir

Rəqqasə Fatimənin köməkçisi bunu gənc qızla polisin şəxsi işi olduğunu bildirdi:

"Bu onların şəxsi işidir. Fatimə xanım isə heç vaxt qayda pozuntusuna yol vermir. Qayda-qanuna əməl edir".

Mənə heç vaxt güzəşt olunmayıb

Bəstəkar Gövhər Həsənzadə isə məsələ şəxsi olduğu üçün fikir bildirmək istəmədi:

"Uşaqdır da, qoy desin. Bu şəxsi məsələdir deyə, fikir bildirə bilmirəm. Mənə isə heç vaxt güzəşt olunmayıb. Biliblər də maşın mənimdir. Mənim sürücüm var. Təhlükələrə görə özüm sükan arxasına keçmirəm".

Tarix
2014.02.01 / 08:12
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla