Yuxarı

Azərbaycanlı Çaplin rekordlar kitabına düşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi tanınan sirk ustası Üzeyir Novruzov "Ginnes"in Dünya Rekordları arasına düşüb.

Bunu Üzeyir Novruzovun özü Amerikanın səsi radiosuna təsdiq edib.

Üzeyir Novruzovun sözlərinə görə, dünən Çinin paytaxtı Pekində keçilən mərasimdə onun dünya rekordunu yenilədiyi təsdiqlənib. Sirk ustası bu rekorda 6 metrlik nərdivanın üzərində fasiləsiz 7 dəqiqə 50 saniyə dayanmaqla imza atıb.

Xatırladaq ki, ABŞ və Azərbaycan auditoriyasına "America's Got Talent" şousuna qatılmaqla təqdim olunan Üzeyir Novruzov göstərdiyi təhlükəli nömrələrlə qısa vaxt ərzində tanınmağa başlamışdı. Şounun yarım finalında hündür nərdivanın üzərində nömrə göstərmək istəyərkən yıxılmasına baxmayaraq o, izləyicilərin verdiyi səslər sayəsində America's Got Talent şousunun finalına çıxa bilmişdi. Finalda zədələri səbəbilə yüksək performans göstərə bilməyən azərbaycanlı Çarli Çaplin milyonlarla izləyicinin rəğbətini qazanmışdı.

"Amerikanın səsi" radiosu bir neçə ay əvvəl Üzeyir Novruzovla onun dünya rekordunu təzələmək istəyi barədə də müsahibə aparmışdı. O müsahibəni sizə təqdim edirik.

Tarix
2016.01.09 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədin müəyyənləşdirilməsinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla