Yuxarı

Qayınını güllələyən yeznədən tükürpədici etiraf...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qayınını güllələyən yeznə hadisənin təfərrüatlarından danışıb.

Musavat.com xəbər verir ki, Mehman Əsədov təxminən 15 gün əvvəl ailəsində münaqişə yarandığını və qayınıgilin həyat yoldaşını, eləcə də, övladlarını apardığını bildirib: "Məni polisə vermişdilər. Sonra ağsaqqalar yığışdı, bizi barışdırdılar. Üç gün keçdi. İşdən qayıdanda gördüm ki, yenə ailəmi aparıblar. Dünən zəng elədim, qayınatamla 40 dəqiqəyə yaxın danışdıq. Amma barışmadılar".

Mehman Əsədov bildirib ki, hadisəni törətdiyi tüfəng 5 ildir ondadır. Onun sözlərinə görə, hadisə günü böyük qayını ilə görüşüb, amma razılığa gələ bilməyiblər. Daha sonra yeznə kiçik qayını Elnar Canatova zəng edib: "Dedi ki, mən "Eurohome"də işləyirəm, heç kim mənə heç nə eləyə bilməz. Getdim bazara. Qaranlıqda atəş açdım. Bir patronum var idi. Bilmədim harasına dəydi. Üstümə gəlirdi, atdım".

Xatırladaq ki, Mehman Əsədov yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatova Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələndə tüfəngdən açdığı atəşlə sifət nahiyəsindən xəsarət yetirib, hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb.

Tarix
2016.01.10 / 16:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla