Yuxarı

FHN təcili tibbi yardıma köməyə gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən gecə Yeni Ramana qəsəbəsində bir ailənin 4 üzvü zəhərlənib. Onların biri uşaq, üçü böyük olub.

Onların hamısının vəziyyəti ağır olub. Gecə 3:00 radələrində müraciət edilib. Ailəyə təcili yardım göstərilməsi üçün hər bir hava şəraitinə davamlı maşınlardan istifadə edilib.

Onlar hamısı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib". Bu barədə Publika.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Z.Vahidova dünənki hava şəraitinin təcili yardımın işinə çətinlik yaratdığını bildirdi:

"Xüsusi hadisələr, infarkt, doğuşlar zamanı xüsusi təyinatlı maşınlar da təcili yardımın köməyinə çatıb. Bir neçə yerdə maşınlarımız batıb.

Hər bir halda Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına müraciət edilib, onlar da maşınlarımıza kömək göstəriblər.

Dünən gecə, bu gün səhər saatlarında da təcili yardım maşınlarının hərəkətində problem yaranıb.


Hazırda da Müşviqabad qəsəbəsində bir maşınımız batıb. FHN-in əməkdaşları hadisə yerindədir. Maşını çaxartdırlar".

Tarix
2014.02.01 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla