Yuxarı

Cəlilabadda əməliyyat: 49 min manat tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində isə ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və külli miqdarda saxta pul əskinasları götürülüb.

Yanvarın 10-da Cəlilabad rayonunun Seyidbazar kənd sakini, əvvəllər məhkum olunmuş Hacıbala Nərimanov saxlanılıb. Baxış zamanı ondan 20 kiloqram 185 qram tiryək və 2 kiloqram 265 qram marixuana götürülüb. Araşdırmalarla H. Nərimanovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Teymurova verəcəyi müəyyən edilib. Tədbirlərin davamı olaraq A. Teymurov da tutulub. Ondan isə 492 ədəd saxta 100 manatlıq əskinas götürülüb və həmin əskinasları həmyerlisi Rövşən Abbasovdan alması müəyyənləşib. Görülmüş tədbirlərlə R. Abbasov da saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, DİN-in bu il yanvarın ilk 10 günündə keçirdiyi tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 125 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr müsadirə edilib.

Tarix
2016.01.12 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla