Yuxarı

“Biz nə gəldi, onu götürürük” - İTV-də debat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İctimai Televiziyada yayımlanan "Müzakirə vaxtı" verilişində Azərbaycan dilinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Axar.az xəbər verir ki, tanınmış aparıcı Vəsilə Vahidqızının təqdimatında keçirilən müzakirədə Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı və akademik Nizami Cəfərov iştirak edib.

Müasir dövrdə dilimizə sürətlə əcnəbi sözlərin daxil olduğunu deyən Sabir Rüstəmxanlı bunun tənzimlənmə formalarından danışıb:

"Beynəlxalq aləmdə qəbul olunmuş elə sözlər var ki, onlar dilə daxil olunmalıdır. Bunun qarşısını almaq mümkün deyil. Ona görə ki, həmin əşya bizdə yoxdur. Xaricdən gəlir və özü ilə bərbər adını gətirir. Bəzi ölkələr var ki, sözü dəyişir. Bu, çevik yanaşmadır. Amma tənbəl yanaşma da var. Mən özümüzü tənbəllər sırasına aid edirəm. Biz elə nə gəldi, onu götürməyə vərdiş etmişik.

Məsələn, ən təmiz sahələrdən biri təhsil sahəsidir. Bu sahədə beynəlxalq aləmdən gələn bir sıra sözlər var. Məsələn, "akkreditasiya", "distant təhsil", "informal təhsil", "innovasiya", "kampus", "rezidentura", "eksternat təhsil", "kurikulum" və s. Göründüyü kimi, bir təhsil haqqında qanunda 30 əcnəbi söz var".

S.Rüstəmxanlının sözlərinə görə, dilin zənginləşmə yolları axtarılmalıdır:

"Dilimizin gələcəyi baxımından biz üzümüzü yalnız Avropaya çevirməli deyilik. Dilin zənginləşmə yollarını axtarıb tapmalıyıq. Bu cəhətdən bizə qohum olan xalqların sözlərindən istifadə etməliyik. Ortaq terminoloji komitənin yaradılması da bu cəhətdən çox yaxşı olardı.

Dilimiz həm mühafizəkar, həm də kifayət qədər güclü qrammatikası olan bir dildir. Sözlər hər gün dəyişmir. Ona görə də orfoqrafiyanın tez-tez dəyişməsinə ehtiyac yoxdur. Dil Qurumu olaraq bizim saytımız (adq.az) var. Bu saytda dilimizin həm izahlı, həm də orfoqrafik lüğəti var. Kim istəyirsə, yararlana bilər".

Professor Nizami Cəfərov isə qanunvericilikdə bəzi boşluqların olduğunu qeyd edib. Onun sözlərinə görə, hüquq terminləri olduqca mürəkkəbdir:

"Belə problemlərin aradan qaldırılması üçün cəmiyyətdə tədqiqat aparılmalıdır. "İnvestisiya" sözünün əvəzinə xeyli söz təklif olunub. Amma heç biri işləmədi. Bura "yatırım" sözünü də əlavə etmək olar. Ümumiyyətlə kənardan gələn sözün qarşılığını dəqiqliklə verəcək söz olmur. "Kompüter"ə "bilgisayar" desək də, bu söz onun tam mənasını ifadə edə bilmir.

Rəsmi üslubumuz yaxşı vəziyyətdə deyil. Məhkəmə qərarlarımızı ittiham olunan oxuyur, amma başa düşmür ki, nəyin üstündə həbs olunub. Özü bilir, amma mətni oxuyanda bunu başa düşmür".

Müzakirəni tam formada videodan izləmək mümkündür...

Tarix
2016.01.13 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla