Yuxarı

Qardaşın "öldürdüyü" bacı evə necə qayıtdı - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:09

Tovuzda 3 gün əvvəl itkin düşən qız tapılıb.

Axar.az xəbər verir ki, Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü 21 yaşlı Zülfiyyə Məhərrəmova tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

Gənc qız ailəsinin istəyi ilə Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, 3 gün öncə itkin düşən qızın qardaşı tərəfindən qətlə yetirilərək əraziyə yaxın qəbiristanlıqda basdırıldığı deyilirdi.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Tovuz rayonunda yoxa çıxan 21 yaşlı qızın 3 gün sonra qeyri-adi şəkildə tapılması böyük maraq doğurub.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Əyyublu kənd sakini, 21 yaşlı Məhərrəmova Zülfiyyə Nizami qızı ata babasına məxsus olan və heç kimin yaşamadığı tikilidən tapılıb. O, 4 gün əvvəl yaşadığı evdən çıxaraq 250-400 metr məsafədəki həmin evə sığınıb.

Gənc qızın evdən niyə qaçmasına gəlincə, məlum olub ki, bir neçə gün əvvəl onun özündən 1 yaş kiçik olan qardaşı Anar Məhərrəmov evdən sevgi məktubu tapıb. Gənc oğlan məktubun bacısına məxsus olduğunu görüb və Zülfiyyəni döyüb. Daha sonra isə A.Məhərrəmov evdən çıxıb. Qardaşının evə qayıdandan sonra onu daha pis döyəcəyindən, evdə söz-söhbətin böyüyəcəyindən qorxan qız qaçmaq qərarına gəlib və evdən çıxıb.

Hadisə ilə bağlı polisə ilkin məlumat daxil olandan sonra evə baxış keçirilib və mənzildə qan damcıları tapılıb. Bu fakt gənc qızın qardaşı tərəfindən öldürülməsi şübhəsini artırıb. Lakin Z.Məhərrəmova tapılandan sonra onun qol nahiyəsində kəsik aşkarlanıb və məlum olub ki, o, evdən qaçmazdan əvvəl intihara cəhd edib. Həmin vaxt qız fikrindən daşınaraq evdən qaçmağı üstün tutub.

O da bildirilir ki, gənc qızın itkin düşməsindən sonra Eyyublu kəndində çoxlu söz-söhbətlər yayılıb. Qızın qardaşı tərəfindən öldürülməsi və kənd qəbiristanlığında basdırılması barədə şaiyələr yayılıb. Lakin polisdə ifadə verən A.Məhərrəmov dəfələrlə bildirib ki, bacısına bir-iki şillə vurmaqdan başqa ona heç nə etməyib.

Hazırda Z.Məhərrəmova həkim nəzarəti altındadır və ona sakitləşdirici iynələr vurulub.

Tarix
2016.01.15 / 12:57
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla