Yuxarı

Ət 5 manata, kolbasa 4 manata?.. – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana dondurulmuş ət 1 manat 70 qəpiyə idxal olunur.

Bunu Axar.az-a kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli kolbasa-sosiska məhsullarının istehsalının neçəyə başa gəlməsi haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, yerli dana ətinin topdansatış qiyməti 5 manatdır. V.Məhərrəmov yerli məhsulların bölgələrdə bəzən 6 manata da təklif olunduğunu qeyd edib.

Mütəxəssis kolbasa və sosiska istehsalında inək ətindən istifadə olunduğunu vurğulayıb: "Qoca inəyin əti 1 manat 50 qəpikdir. Hətta bəzi hallarda ölmüş heyvanların ətindən də kolbasa istehsalında istifadə edirlər. Çünki daha ucuzdur.

Bundan başqa, ətin keyfiyyəti saxlanma şəraitindən də asılıdır. Məsələn, xüsusi cins heyvanlar var və onları kökəldirlər. Bu zaman çəki artımı almaq mümkün olur. Bu cür heyvanlar nisbətən ucuz başa gəlir.

Amma bəzən fermer özü də bilmədən inəyi kökəltməklə məşğul olur və xərc çoxalır. Yəni, bu gün Azərbaycanda ət istehsalının qiymət diapozonu fərqlidir və vahid tarif yoxdur".

Ekspert əlavə edib ki, kolbasa istehsalında hər bir şirkət nüfuzunu nəzərə alır:

"Kolbasa və sosiska istehsalında digər komponentlər də istifadə olunur. Məsələn, mal-qaranın içalatı, donuz piyi, donuz əti, hətta quş əti məhsula qatılır. Əsasən, Hindistandan gətirilən ət məhsulundan kolbasa hazırlanır. Bu da iaşə obyektlərində, restoranlarda istifadə olunur".

V.Məhərrəmov bildirib ki, kolbasada sümüksüz ətdən demək olar istifadə olunmur:

"Hazırda bazarda sümüksüz ətin kilosu 7-8 manatdır. Qoyun əti isə 12 manatdır. Əgər sümüksüz ətdən istifadə olunsa, kolbasanın kilosu 12-13 manata başa gələr. Bu da nə sahibkara, nə alıcıya sərf edir.

Çünki əsasən kasıb təbəqə 3-4 manata kolbasa alır".

Ekspert deyib ki, sahibkarlar 8 manatlıq əti kolbasa istehsalında emal edirlər:

"Avadanlıqların vəsaiti, işçilərin əmək haqları, hazır məhsulun satış obyektlərinə, marketlərə daşınması xərci var. Bəzən məhsul müştərisini tapmır və geri qaytarılır. Bu da sahibkar üçün arzuolunmaz haldır.

Ona görə riskə getmirlər. Çalışırlar ki, xammalı ucuz əldə etsinlər və cürbəcür qatqılarla əmtəə görünüşünü cəlbedici etsinlər. Həmin qatqılar da istifadə zamanı insanlara xoş gəlir. Amma ümumiyyətlə, kolbasa, sosiska heç də faydalı qida deyil".

Tarix
2016.01.15 / 11:49
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla