Yuxarı

Bakıda çoxlu donuz cəsədi aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binə Məişət Tullantıları Poliqonuna və ona yaxın əraziyə çoxlu sayda donuz cəsədləri atıldığı bildirilib.

Axar.az Dövlət Baytarlıq Nəzarəti Xidmətinin saytına istinadən xəbər verir ki, bu məlumata istinad edən DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri əraziyə baxış keçirib:

"Nəticədə məlum olub ki, cəsədlərin böyük əksəriyyəti bir müddət əvvəl əraziyə atılmış donuzlardır. Artıq həmin cəsədlərdə çürümə prosesi gedir. Özbaşına əraziyə atılmış donuz cəsədləri baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq Binə Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilmiş və ərazi dezinfeksiya edilib".

"DBNX və Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları yaxınlıqda olan donuzçuluq təsərrüfatlarında sorğu keçirib və bildirilib ki, hələlik donuzlar arasında xəstəlik və tələfat hallarına rast gəlinmir. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev heyvanlarında, eləcə də donuzlarda özbaşına müalicə və profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq, tələfat halları olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə məlumat verilsin, bütün müalicə və profilaktika, eləcə də zərərsizləşdirilmə tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın. Tələf olmuş heyvanların kənar yerlərə atılmasına yol verilməsin", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada heyvanlar arasında iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və sabitliyə tam nəzarət olunur.

Tarix
2016.01.18 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla