Yuxarı

Öldürülən gənc şirkət rəhbəri imiş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:40

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Axar.az-a verilən məlumta görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:26-da başa çatıb.

***

10:02

Bakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub.

APA-nın məlumatına görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

***

Bakıda anası ilə birgə qətlə yetirilən şəxsin şirkət rəhbəri olduğu məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Molla Cümə küçəsindəki evdə anası Janna Məhərrəmova ilə birgə qətlə yetirilən 34 yaşlı Aleksandr Məhərrəmov "Biznes Dialoq" konsaltinq/biznes xidmətləri şirkətinin rəhbəri olub. O, həm də "Business-dialogue.az" saytının təsisçisi və rəhbəri olub.

Hazırda qətllə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. Əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2016.01.19 / 11:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla