Yuxarı

YAP-çı deputat sığınacaqda - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, deputat Aydın Mirzəzadə Bakıda kimsəsizlər üçün salınan sığınacağa baş çəkib.

Millət vəkili sığınacaqdakı vəziyyətlə maraqlanaraq çay süfrəsinə qonaq olub:

"Sığınacaqda bir neçə nəfərə rast gəldim. Bunlardan ikisi Yasamal rayon sosial müdafiə mərkəzinin orada bütün sutkanı növbə çəkən iki işçisi, digər ikisi isə həmin mərkəzin müdiri Rüfət müəllim və Xətai rayon müvafiq mərkəzinin müdiri Fikrət müəllim idi.

Sığınacaqda soyuqdan qorunmağa gələn vətəndaşlar yox idi. Bildirdilər ki, ötən gecə orada ... rayonundan gəlib, geriyə qayıda bilməyən iki nəfər vətəndaş gecələyib.

Sığınacaqda istilik sobası var idi və içəri kifayət qədər isti idi. Yatmaq üçün bir neçə rahat yataq gördüm və lazım gələrdisə, onların sayını artırmaq olardı. Sığınacaqda isti çay var idi, həmçinin qalanlar üçün isti yemək də təşkil edilir. Özüm də o çaydan içdim.

Sığınacaqda vacib dərmanlar qutusu, təzyiq ölçən cihaz var idi. Lazım gələrsə, təcili polis və təcili yardımla da əlaqə saxlamaq üçün xətt yaradılmışdı.

Bildirdilər ki, yaxınlıqdakı yas mağarından könüllü olaraq xüsusi olaraq sığınacaq üçün halva, çay və bir qədər də ərzaq gətiriblər. Sığınacaqda orda qalası insanlar üçün tam şərait yaradıldığı hiss edilirdi" ("AzVision.az").

Tarix
2014.02.03 / 10:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla