Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2018


Nazir: “Müavinətin məbləği artırılacaq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda işsizliyə görə müavinətin məbləği artırılacaq.

APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, bütün işləyən insanlar öz əmək müqavilələrini qeydiyyatdan keçirməli və sosial sığorta haqları ödəməlidirlər: "Bu hallar varsa, həmin insanlar, demək olar ki, öz iş yerlərini itirməkdən sığortalanıblar. Dövlətin "Məcburi sosial sığorta haqqında" qanunu var. Bu qanuna görə, işsiz olma sosial sığorta hallarından biri sayılır. Düzdür, bu gün Azərbaycanda işsiz olmaq üçün ayrıca sosial sığorta tarifi yoxdur. Buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcə vəsaitləri içərisində bu məqsəd üçün vəsait nəzərdə tutulub. Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin bütün rayonlarda mərkəzləri var. Əgər bütün işsiz olanların əmək müqavilələri qeydiyyatdan keçib və məcburi sosial sığorta haqları ödənilibsə, onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-i qədər 6 ay ərzində işsizlik müavinəti almaq hüququna malikdir".

Nazir qeyd edib ki, 2015-ci ildə işsizlik müavinətinin orta aylıq məbləği təqribən 252 manat təşkil edib: "Bu məbləğ niyə aşağı görünür? Çünki xeyli insan var ki, onların əvvəlki 12 ay ərzində əmək haqqı olmayıb. Bu zaman onlara minimum məbləğdə işsizlik müavinəti verilib. Bu gün bu 55 manatla ölçülür. Cənab prezidentin işsizliklə bağlı müavinətin artırılması ilə bağlı tapşırığı var. Bu günlərdə Nazirlər Kabineti dəyişiklik edəcək. Məndə olan məlumata görə, bu məbləğ 30-40% artırıla bilər".

Tarix
2016.01.20 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərvəti milyardlarla ölçülən azərbaycanlı oğrular - Siyahı

Polislər qol güləşdirdi - Foto

Komitə sədrinin maşını belə park edildi, qalmaqal yarandı - Foto

Nazirlik icazə verdi: 877 tələbə köçürüldü

Bakıda 21 otaqlı bina satılır - Foto

“Nar”dan növbəti uğur: ən yaxşı mobil operator...

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi anıldı - Foto

Bina tikintisi üçün tələblər dəyişdi - Video

Tələbələrin diqqətinə: Kirayə haqqı, kitab pulu və...

Təyyarədə mobil operatorların xidmətləri niyə dayandırılıb?

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla