Yuxarı

Saxta spirtli içki satan şəxs saxlanıldı - Gəncədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə qanunsuz spirtli içki satan ağdamlı məcburi köçkün saxlanılıb.

Axar.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yanvarın 19-da Gəncə şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan qəsəbəsində qeydiyyatda olan Ağdamdan olan məcburi köçkün Cəlal Mirzəyev saxlanılıb. Onun barəsində idarəyə istehlakçıları aldatması, saxta və keyfiyyətsiz spirtli içki məhsulları və əmtəə nişanlarını Gəncə şəhəri və ətraf rayonlarda qanunsuz satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olub.

C.Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib. Avtomobilə baxış keçirilən zaman yük və salon hissəsindən 3 ədəd plastik qabda 60 litr həcmində spirt, 357 ədəd üzərində müxtəlif markalı rus araqlarının əmtəə nişanları olan boş şüşələr, 218 ədəd tıxac, 25 ədəd rus istehsalı olan araq aşkar edilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır.

Tarix
2016.01.20 / 18:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla