Yuxarı

Ölkədə inqilabi dəyişiklik gedir – Şərh

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət rəhbərinin son təşəbbüsləri, müşavirə və yığıncaqlarda səsləndirdiyi imperativ qərarlar birmənalı olaraq bildirir ki, artıq ölkə cəmiyyəti yeni rasional rejimə köklənməlidir. İndiyə qədər qlobal bazar konyunkturası bizlər üçün çox əlverişli idisə, artıq ümumi geoiqtisadi durum köklü sürətdə dəyişib.

Bu barədə politoloq Tofiq Abbasov Axar.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, fərqli vəziyyət tək hakimiyyət orqanlarında qərar tutmuş insanlardan deyil, hər bir vətəndaşdan adekvat davranış tələb edir:

"Qənaət, təşəbbüskarlıq, rasional mexanizmlərin işə salınması və müsbət özünüifadəetmə təzahürləri həmişə vacib rol oynayır. İndi elə bir məqam yetişib ki, Azəbaycanda bir növ iqtisadiyyat və istehlak sahəsində hamının üzərinə praqmatik olmaq məsuliyyəti düşür. Odur ki, yerlərdə tək rəhbər zümrəni təmsil edənlər deyil, sıravi vətəndaşlar da gərək tələbkarlığı artırsınlar. Elm və istehsalat sahəsində çalışanlar Azərbaycanda qeyri-neft sektoruna inkişaf impulslarını təmin etmək istiqamətində birləşməlidirlər. Alimlər, texnoloqlar, mühəndislər, bir sözlə, texnokratlarımız Azərbaycanın həqiqi inkişafı, onun dünya miqyasında yerinin möhkəmlənməsi yolunda hərəkətə keçməlidirlər. Məhz bu uğurlar indiki məqamda dövlət başçısının son addımlarını tamamlaya bilər. Son inqilabi dəyişikliklər sözün əsil mənasında Azərbaycan üçün böyük əhəmiyyət kəsb edəcək".

Tarix
2016.01.21 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla