Yuxarı

Bu kartofları almayın – Diqqət!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi işbazların texniki kartofu əhaliyə satması ciddi problemlərə yol aça bilər. Ekspertlərin sözlərinə görə, texniki kartoflar sağalmaz xəstəliklərə gətirib çıxarır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Camal Quliyev bu il ərzində 948 kiloqram kartofun keyfiyyət göstəricilərinə cavab vermədiyi üçün məhv edildiyini açıqlasa da, belə kartofların bazara yol tapması istisna edilmir.

Texniki kartof nəyə yararlıdır?

Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Axar.az-a açıqlamasında deyib ki, texniki kartof əkilərkən heç nə ilə normal kartoflardan fərqlənmir:

"Əkin zamanı fermerlər bunu müəyyən edə bilməz. Lakin məhsul yığımından sonra fermerlər məhsulun bir hissəsinin texniki olmasına qərar verir.

Belə olanda isə onların tərkibindən bütün nişasta götürülür, başqa məqsədlərlə istifadə edilir. Tərkibindən nişasta götürülən kartofun insan orqanizmi üçün heç bir faydası olmadığından, qalan məhsul maldarlıq və digər sahələrdə,əsasən, plastmas, spirt və kraxmal istehsalında istifadə olunur. Əksər hallarda isə texniki kartof mal-qaranın qidalanması üçün nəzərdə tutulur".

Texniki kartofu necə tanımalı?

Əgər aldığınız kartof göy rəngə çalırsa və üstü kələ-kötürdürsə, bu kartofu almaqdan imtina edin. Çünki bunlar texniki kartof hesab edilir. Bu cür kartoflar qızardıldıqda daha çox yağ tələb edir və gec bişir. Ekspertlər texkini kartofdan hazırlanan qidanın dadsız olduğunu bildirir.

Qeyd edək ki, həddindən artıq texniki kartofdan istifadə insan həyatı üçün ciddi təhlükədir. Bu cür kartofun çox istifadəsi mədə-bağırsaq sistemində ağırlaşmalara, dəri xəstəliklərinə və yaddaş zəifliyinin yaranmasına səbəb olur.

İnsan bədənində toplanmış vitaminləri parçalayan texniki kartofun sistemli qəbulu insanın həyatı bahasına başa gələcək qədər ciddi təhlükə hesab edilir.

Tarix
2016.01.21 / 15:08
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla