Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Avqust 2018


Psixoloji xidmət qanunu - Azərbaycanda yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insanların psixoloji "şarlatan"lardan qorunması təklif edilir.

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında millət vəkili Musa Quliyev parlament tərəfindən "Psixoloji xidmət haqqında" Qanunun müzakirəsini və qəbul edilməsini təklif edib ( Trend ).

Deputat bildirib ki, dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur və azı ayda 3 dəfə psixoloq xidmətinə müraciət edirlər: "Gənclərin terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranır.

Bunun qarşısını almaq üçün "Psixoloji xidmət haqqında" Qanun qəbul olunmalıdır. Onu da deyim ki, MDB ölkələrinin bir çoxunda bu qanun qəbul edilib. Əgər tələb olunarsa, bizim komissiyamız bu məsələni işləyib hazırlaya bilər və bu yaz sessiyasında bunu qəbul edə bilərik".

Onun fikrincə, hazırda cəmiyyət elə bir mərhələyə gəlib çıxıb ki, insanlar müxtəlif vasitələrlə psixoloji təsirlərə məruz qalırlar: "Cadugərlərin, cindarların, ekstrasenslərin ekranlarda meydan sulaması, insanların dini ekstremist təmayüllü cərəyanlara qoşulması psixoloji mühitin qorunmaması ilə bağlıdır. Ona görə də insanları "psixoloji şarlatanlar"dan qorumaq üçün belə bir qanunun qəbul edilməsi məqsədə uyğun olardı".

Deputatın təklifinə cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu məsələ çox aktual olsa da, bununla bağlı qanun qəbul edilməsinin vaxtı hələ çatmayıb: "Bunu qanun halına salmaq üçün Azərbaycanda psixoloqların sayı lazımi qədər deyil. Bunun üçün ilk növbədə onları yetişdirmək lazımdır. Biz indi bu qanunu qəbul etsək də, onun heç bir mənası olmayacaq".

Tarix
2014.02.03 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Samuxda dəhşət: arvadını öldürdü, bibisini...

Bakıda beşmərtəbəli binada yanğın

Ermənilər cəbhədə təxribat törətdi

Bu rayonlarda qaz məhdudiyyəti olacaq

Ərzaqların keyfiyyətini bu üsulla da yoxlamaq mümkündür

700 bal toplayan abituriyentlər bu universitetləri seçdi

AQTA-nın adından istifadə edənlər barədə cinayət işi açıldı

Sabah Gəncədə qaz olmayacaq

Rəis dedi ki, şərait yarat, Fədayə Qoca ilə… - İstintaq ifadəsi

Deputatdan türk dünyasına çağırış: Fəal olmalıyıq - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla