Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2018


Türkdilli ölkələrin diasporları bir araya gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun növbəti toplantısı keçirilib. Diaspor üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, toplantıda Türkdilli diasporların birgə fəaliyyət planı müzakirə edilib.

"Axar.az" xəbər verir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri Halil Akınçı gündəmdə duran məsələlərlə bağlı məlumat verib. Toplantıda dünyanın müxtəlif regionlarında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin qurulması qərara alınıb. Bundan başqa, üzv ölkələrin gəncləri arasında əlaqələrin qurulması məqsədilə Gənclər Komissiyasının yaradılması üçün müvafiq layihənin hazırlanması barədə razılığa gəlinib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan tələbələr, jurnalistlər, ədəbiyyat adamları və sənətçilərin Türkiyəyə səfərlərinin təşkili barədə Təmas qrupunda təmsil olunan Türkiyə nümayəndələrinin təklifi qəbul olunub.

Təmas qrupunun "Türkdilli ölkələrin ortaq strateji maraqları və bölgəmizdəki rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə təklifi də yekdilliklə qəbul edilib. Toplantıda, həmçinin, 2014-cü ildə Bakıda "1918-1920-ci illərdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq" mövzusunda tarixçi alimlərin iştirakı ilə elmi-praktiki konfransın keçirilməsi barədə də qərar qəbul olunub.

Dünyanın nüfuzlu universitetlərində Türk dilləri kafedralarının yaradılması ilə bağlı "Türkdilli diasporların birgə fəaliyyət planı"nda öz əksin tapmış müddəa da toplantıda geniş müzakirə olunub. Qərara alınıb ki, bununla əlaqədar ortaq komissiya yaradılsın və gələcəkdə belə kafedraların təşkili üçün müvafiq təkliflər hazırlansın.

Aparılan müzakirələrin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla, "Türkdilli diasporların birgə fəaliyyət planı" qəbul olunub.

Tarix
2014.02.03 / 16:15
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda xüsusi təyinatlıları belə hazırlayırlar - Video

Bakıda bu avtobus sərnişinləri Çinə aparır: 40 qəpiyə... - Foto

4G şəbəkəsi İsmayıllıda...

Sabah Bakının bu ərazilərində su olmayacaq

SOCAR rəhbərindən əmr: 126 əməkdaş...

İsmayılovun cənazə namazı qılındı - Video

Bakıda it sürüsü: qurumlar niyə tədbir görmür? - Foto

Dəmirov İsmayılovu niyə öldürüb? - Şok açıqlama

Bakıda 64 yaşlı kişi itkin düşdü

“İdeyadan Biznesə”: startap tur Sumqayıtda keçiriləcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla