Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Noyabr 2018


Evsiz qalan ana oğlundan da məhrum olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakini 50 yaşlı Xatirə Quliyeva köməksiz vəziyyətdə qalıb. Ailəsini itirən Xatirə xanım sığındığı yataqxana küncündən də məhrum edilib.

Düşdüyü açınacaqlı vəziyyəti "Axar.az"a danışan X.Quliyeva 2003-cü ildə ailə qurduğunu bildirib. 2004-cü ildə bu nikahdan Orxan adlı övladı dünyaya gəlib. 3 yaşından sonra uşağı tək böyütdüyünü deyən X.Quliyeva dəfələrlə sığınacaq üçün yerli icra orqanlarına müraciət etdiyini vurğulayıb:

Qapısı bağlı sığınacaq

"Nizami rayonu Bəhruz Nuriyev küçəsi 81a ünvanındakı 10 saylı yataqxanada qeydiyyatda olsam da, orada yaşamaq mənə nəsib olmadı. 2007-ci ildə mənə sığınacaq üçün bir yer verilməsi xahişi ilə Nizami rayon İcra Hakimiyyətinə müraciət etdim. Onların köməyi ilə həmin yataqxanada mənə iki balaca otaq ayırdılar. Mən də çox sevindim və oğlumla birgə burda qalmağa qərar verdim. Bir neçə gündən sonra oraya yerləşmək üçün əşyalarımı da götürüb gəldim. Amma mənə ayrılan otağa girə bilmədim. Baxdım ki, qapısını dəyişiblər və oraya başqa ailə yerləşdirilib. Araşdıranda məlum oldu ki, həmin otaqlar bu ailəyə satılıb".

Dövlət himayəsi

Həmin vaxtdan kirayələrdə çətinliklə günlərini keçirən X.Quliyeva oğlunu böyütmək üçün xadimə, qabyuyan kimi müxtəlif yerlərdə işləyib. Çox çətinliklə balasını saxlasa da, onu məktəbə göndərə bilməyib.

"Orxan artıq 10 yaşının içində idi. Mən ona təhsil verə bilmədiyimdən müvəqqəti olaraq dövlətin nəzarətinə vermək qararına gəldim. Bunun üçün yenidən Nizami rayon İcra Hakimiyyətinə müraciət etdim. Qəyyumluq şöbəsinin və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Orxan Quliyevin müvəqqəti olaraq internat məktəbə yerləşdirilməsi barədə protokol tərtib edildi və dövlətin nəzarətinə götürüldü".

Ev sahibindən qansız yasaq və İH-dən "yox" cavabı

Qeyd edək ki, O.Quliyev 2013-cü il 16 sentyabrda Maştağa qəsəbəsindəki 1 saylı internat məktəbdə təhsil almağa başlayıb. Vaxtaşırı oğluna baş çəkən X.Quliyeva həftəsonu belə, onu kirayə qaldığı evə gətirə bilmir. Çünki ev sahibi buna icazə vermir. Oğlunun ayrılığına dözə bilməyən ana isə onu internata verməyə peşman olduğunu deyib. X.Quliyeva internatdakı şəraitdən, uşağına göstərilən qayğıdan razı olsa da, övladını yanında saxlamaq, onunla hər gün ünsiyyətdə olmaq istəyir. Yenidən Orxanı geri almaq istəsə də, İcra Hakimiyyətindən ona mənfi cavab verildiyini deyib. Səbəb kimi isə yaşayış yerinin, kifayət qədər qazancının olmaması göstərilib:

"Oğlumu geri almaq üçün Nizami Rayon İcar Hakimiyyətinin Qəyyumluq şöbəsinə müraciət etdim. Mənə dedilər ki, onu gətirib harada saxlayacaqsan. Mən israr etdikdə isə bu məsələnin həll olunması üçün məhkəməyə müraciət etməyimi istədilər. İndi çarəsiz vəziyyətdəyəm, oğlumdan ayrı qalmağa dözə bilmirəm. Səlahiyyətli şəxslərdən kömək istəyirəm".

Məhkəmə qərarı lazım deyil

Məsələyə aydınllıq gətirmək üçün Nizami rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Tural Həsənov ona bu barədə heç bir rəsmi müraciət olmadığını bildirib. Onun sözlərinə görə, uşağın yenidən valideyninə qaytarılması üçün heç bir məhkəmə qərarı lazım deyil:

"Uşağı geri götürmək istəyirsə, sağlamlıq haqqında arayış və notariusda təsdiq olunmuş ərizə ilə bizə müraciət etməlidir. Həmçinin, geri götürməyinin səbəblərini açıqlamalıdır. Həmin məlumatlar qanuna uyğun olarsa, uşağı götürə bilər. Eyni zamanda ananın yaşayış yerinin olması da vacibdir".

Yaşayış yeri ilə təmin olunmasına gəlincə, T.Həsənov bu işin icra başçısının səlahiyyətində olduğunu bildirib.

Məsələni araşdıracağıq.

Tarix
2014.02.03 / 16:29
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakının məşhur bazarı sökülür: yerində... - Foto

"Azəriqaz"dan sayğaclarla bağlı vacib yenilik

Zəvvarlarımızın üzləşdikləri “Kərbəla müsibəti”: Qurbanlar...

Ukrayna mediasında Azərbaycanla bağlı məqalə - Foto

Rusiyanın bu aeroportlarına azərbaycanlıların adları verilir?

Bakının iki küçəsində təhlükəsiz hərəkət üçün işlərə başlanıldı - Video

Polis kartof oğrularını tutdu

Sabahın havası: güclü yağış, qar, sel... - Video

Qəbələyə qar yağdı - Video

Bələdiyyə sədri məktəb stadionunu satır? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla