Yuxarı

Deputatlar qar təmizləyən yaşlı qadından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəlli bir yaş həddinə qədər çalışdıqdan sonra onlar təqaüdə çıxırlar. Ancaq bir sıra insanlar təqaüdə çıxdıqdan sonra hələ də işləməyə davam edirlər. Bunlar adətən xidmətçilər, xadimələr və s. buna bənzər küçə təmizliyində çalışan insanlardır. Həmin insanların təqaüdə çıxması üçün tələb olunan yaşı aşağı salmaq lazımdır".

Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Zahid Oruc sosial mediada paylaşılan və müzakirələrə səbəb olan "qar təmizləyən yaşlı qadın" fotosunu şərh edərkən dedi. O bildirdi ki, bu cür ağır işlərə yaşlı insanların cəlb edilməsi heç də ürəkaçan deyil:

"Ola bilər ki, qanun 70 yaşında yaşlı insanın işləməsinə mane olmur. Ancaq gərək elə olsun ki, o yaşlı insan orda işləməyə məcbur olmasın. Heç olmasa, çalışdıqları yerlərdə onların yaşını nəzərə alıb bir sıra qərarlar vermək olar. Məsələn, fiziki ağır olmayan, onun sağlamlığını təhdid etməyən, yüngül təmizlik işləri onlara tapşırıla bilər. Ancaq ağır fiziki işlərin yaşlı insanların görməsi yolverilməzdir".

Millət vəkili məsələ ilə bağlı başqa təkliflərin də verilməsinin mümkün olduğunu və o cür təmizlik işlərini nisbətən cavan insanların görməsinin daha düzgün olduğunu dedi:

"Bununla bağlı pensiya yaşını da aşağı salmaq olar. Bu cür fiziki işləri daha yüksək maaşla və enerji ilə təhsilsiz və nisbətən cavan inşalar görə bilər. Sosial mediada paylaşılan foto ilə bağlı son olaraq onu deyim ki, ümumiyyətlə, o cür ağır işlərin yaşlı atalarımıza, analarımıza həvalə edilməsinin birmənalı olaraq əleyhinəyəm".

Millət vəkili Asim Mollazadə də məsələyə münasibət bildirdi. Deputat "Axar.az"ın əməkdaşı ilə söhbətində bildirdi ki, bu məsələ ilə bağlı qanunverici orqan iş görməlidir. Deputat bir sıra təkliflər də irəli sürdü:

"Əlbəttə, yaşlı qadınların fiziki əməklə məşğul olması heç də ürəkaçan deyil. Bu məsələnin həlli üçün çalışmaq lazımdır. Əgər pensiya yaşı çatan insan işləməyə davam edirsə, deməli, bu onun özünün seçimidir. Bunun üçün pensiyaları artırmaq olar ki, həmin insanlar qoca yaşlarında işləməsinlər".

Millət vəkili pensiyaların artırılması ilə bərabər pensiya yaşına dəyişiklik edilməsini də təklif etdi:

"Bu kimi halları nəzərə alıb qadınlar üçün pensiya yaşını aşağı da salmaq olar. Eyni zamanda sosial istiqamətdə problemlərin həllinə yönəlik daha çox işlər görülməlidir ki, yaşlı xanımlar fiziki işlə məşğul olmasınlar".

Məsələ ilə bağlı əlaqə yaratdığımız millət vəkili Fəzail Ağamalı isə məsələyə belə reaksiya verdi:

"Mənim işim-gücüm qurtarıb? Oturub hansısa arvadın küçədəki şəklindən danışacam?"

Xatırladaq ki, dünən axşamdan etibarən feysbuk sosial şəbəkəsində fotoda gördüyünüz qadının qar təmizləməsini əks etdirən şəkli ciddi müzakirə edilir.

Tarix
2014.02.03 / 19:03
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla