Yuxarı

Bakı qatarı daşa basıldı: yaralılar var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə bir qrup şəxs Ağstafanın Böyük Kəsik stansiyasından Bakıya gedən sərnişin qatarını daşa basıb.

Report xəbər verir ki, hadisə nəticəsində qatarın 14 ədəd şüşəsi sınıb, 6 nəfər isə zərər görüb.

Gecə saatlarında baş verən xoşagəlməz hadisə Şəmkir rayonu ərazisində Zəyəm satansiyasından 500 metr aralda qeydə alınıb.

Stansiya növbətçisi Cavanşir Əsədovun verdiyi məlumata görə, Sabirkənd ərazisində bir neçə naməlum şəxs gözlənilmədən Bakı-Qazax-Böyük Kəsik qatarına daş və başqa predmetlər atmağa başlayıb, nəticədə qatar bələdçisi də daxil olmaqla 6 nəfər zərər çəkib.

Hadisə yerinə dərhal Şəmkir Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Zərərçəkənlərdən 3-nün həyəcandan vəziyyəti pisləşib, onlara sakitləşdirici həblər verilib, qatar bələdçisi və 2 nəfər - 19 yaşlı Aynurə Nəbiyeva və 39 yaşlı Fuad Daşdəmirovun xəsarətləri ciddi olduğundan həkimlər yaralılara stansiyada yardım göstəriblər. Sonuncu iki nəfər atılan daşlardan bədən xəsarətləri alıb.

Qeyd edək ki, qatar bir qədər geciksə də, sərnişinlər paytaxta rahat şəkildə yola düşə biliblər. Hüquq-mühafizə orqanları hadisəni törədənlərin axtarışını davam etdirir.

Tarix
2016.01.24 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla