Yuxarı

Bakıya təcili enən Hindistan təyyarəsinin sərnişini öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:08

Londondan Hindistanın Mumbai şəhərinə uçan təyyarə Heydər Əliyev adına Hava limanına təcili eniş edib.

APA-nın verdiyi xəbərə görə, hadisə ötən gün baş verib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Sərnişinə təcili tibbi yardım göstərilib.

Qeyd edək ki, "Air İndia"ya məxsus "Aİ 130" tipli təyyarədə 229 nəfər sərnişin olub. Təyyarə ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından yola düşüb. Bu səhər saat 04:00-da isə Mumbainin Çatrapati beynəlxalq hava limanına enməsi planlaşdırılıb.

Məcburi enişlə əlaqədar təyyarənin bu gün saat 13:00-da Mumbaiyə çatması gözlənilir.

***

Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş "Air İndia" aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub.

Bu barədə Trend-ə Azərbaycan Hava Yolları QSC-dən bildiriblər.

London-Mumbay marşrutu üzrə uçan, göyərtəsində 246 sərnişin və 11 ekipaj üzvü olan Boeing Dreamliner (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.

Mətbuat xidmətindən bildiriblər ki, Böyük Britaniya vətəndaşı olan 72 yaşlı sərnişin hələ təyyarə eniş etməmiş keçinibmiş.

Meyitin təhvil verilməsi məsələsi yaxın saatlarda həll ediləcək.

Mətbuat Xidmətindən qeyd ediblər ki, təyyara Mumbaya səhər saat 07:00-da uçub.

Tarix
2016.01.25 / 11:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla