Yuxarı

Fonda hansı müraciətlər olub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun 190 - Mərkəzi Çağrı Sistemi tərəfindən 147 027 müraciət cavablandırılıb.

Bu barədə Axar.az-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 21 345-i elektron xidmətlər, 6 818-i fərdi uçot, 21 364-ü əmək pensiyaları, 17 644-ü məcburi dövlət sosial sığorta haqqı məsələlərini əhatə edib. 17 740 müraciət isə pensiyaların avtomatlaşdırılmış təyinatı ilə bağlı olub.

Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub. Hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

Qeyd edək ki, son təkmilləşdirilmə işləri nəticəsində sistemin fəaliyyəti "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"nın tələblərinə uyğun yenidən qurulub. Bu, Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiqlənib.

Tarix
2016.01.25 / 11:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla