Yuxarı

MTRŞ-dan qalmaqallı verilişlə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, belə halların olması çox təbiidir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Günay Musayevanın "Bu stil mənim" verilişində Türkiyə türkcəsində danışması ilə bağlı deyib. O, bu məsələnin ciddi bir problem olmadığını bildirib:

"Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən dövlət dili ilə bağlı xüsusi qaydalar tətbiq edilib. Əsas tələblər aparıcıların dili ilə bağlıdır və iştirakçıların hansı dildə danışmasından asılı olmayaraq, aparıcılar dövlət dilində danışmalıdırlar. Düzdür, bu o demək deyil ki, hansısa verilişin iştirakçısı ingilis dilində danışmalıdır.

Televiziyalarımızda rus və ingilis dilində danışmaq halları olur, amma tərcümə edilir. Günay Musayevanın Türkiyə türkcəsində danışmasında elə bir ciddi problem yoxdur. Çünki xanım uzun müddətdir ki, Türkiyədə yaşayır və maksimum şəkildə Azərbaycan dilində danışmağa çalışır".

Xatırladaq ki, Günay Musayevanın münsif olduğu "Bu stil mənim" verilişində Türkiyə türkcəsində danışması sosial şəbəkədə böyük etiraza səbəb olub.

Tarix
2016.01.25 / 14:19
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla