Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


Şəhid atası Vahid Mustafayevi məhkəməyə verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsində şəhid olmuş Larisa Məmmədovanın atası Fərman Məmmədov ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevi məhkəməyə verir.

Səbəb Vahid Mustafayevin ssenaristi və rejissoru olduğu "Qanlı Yanvar" filmində Larisa Məmmədovanın 13 yaşına baxmayaraq, nikahsız hamilə qadın obrazında təqdim olunması, Azərbaycan tarixinin təhrif edilməsi və ümumilikdə xalqın azadlıq hərəkatına qarşı məqamların yer almasıdır.

Cəbhə.info xəbər verir ki, bu barədə məlumatı Larisa Məmmədovanın atası Fərman Məmmədov verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı vəkillə danışıqlar aparılır:

"Məsələ ilə bağlı məsləhətləşmələr aparırıq. Larisa tək mənim şəhidim deyil ki, bütün xalqın şəhididir. Qızımın simasında bütün xalq təhqir olunub. Əsas tələbim o olacaq ki, xalqdan üzr istəsin. "Şəhid" sözünü Vahid Mustafayev adi hesab edir. Bu gün məhkəmə ilə bağlı vəkillə görüşəcəyik və bunu həll edəcəyik".

Vəkil Mehman Muradlı bu həftə ərzində Fərman Məmmədovun məhkəməyə müraciət etməsi üçün lazımi sənədləri toplayacağını deyib: "Hələ ki sənəd işləri ilə məşğuluq. Əsas tələbimiz o filmin tamamilə nümayişdən yığışdırılması olacaq. Hətta belə ola bilər ki, ən azından Larisa Məmmədovanın obraz kimi canlandırdığı hissə filmdən çıxarılsın. Bu, həmçinin ictimaiyyətin mövqeyindən də asılı olacaq. Əslində o filmdə məsələlər təhrif olunub".

Vəkil əlavə edib ki, Fərman Məmmədovun məhkəmə tələblərinin içərisində təzminat məsələsi də var: "Bu isə sırf onunla əlaqədardır ki, filmin yayımlanmasından sonra Fərman Məmmədov ailəsi ilə birgə məcburi yaşayış yerlərini dəyişib. Ona müəyyən basqılar olub. Bu mənada Fərman Məmmədova dəymiş maddi və mənəvi təzminatın məbləği irəlidəki günlərdə müəyyənləşəcək".

Tarix
2016.01.25 / 14:49
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

AMEA işçi axtarır

Mənsimovun varisi dəbdəbəli həyatı nümayiş etdirir - Foto

Natiq Qədimov bu gün torpağa tapşırılacaq

ANS-in 41 yaşlı “əmisi” vəfat etdi: Elə süfrə arxasındaca…

Xınalığa 22 sm qar yağdı - Faktiki hava

Cəbhədə son durum

Bu məmurlara xidməti maşın veriləcək

Bu mağazada istifadə olunmuş paltarlar satılır

“Kinder” şokoladları təhlükəlidir - Ekspert

Xəzərdə bir gündə 3-cü zəlzələ baş verdi - Yeniləndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla