Yuxarı

Başçı maaşların verilməməsindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab prezidentin mühüm tapşırıqları var və iş adamları da göstərişlərə əməl edirlər.

Bu sözləri Axar.az-a Daşkəsənin icra başçısı Əhəd Abıyev rayonda süni qiymət artımına yol verilməsindən danışarkən deyib. Onun sözlərinə görə, bu məsələlərə nəzarət edən müvafiq qurumlar var və Daşkəsəndə hər şey qaydasındadır.

Ə.Abıyev Daşkəsən Mədən Zavodunda işləyənlərin Bakıya - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə gəlməsi xəbərindən də danışıb:

"Əvvəla, zavod qapalı səhmdar cəmiyyətidir və bu məsələnin rayon İcra Hakimiyyətinə bir bağlılığı yoxdur. Ona görə işçilərə maaş verilməməsi problemini həll edən qurum biz deyilik. Digər tərəfdən də belə bir hal olmayıb. Əgər olsaydı, mənə məlumat verilərdi, bizə də müraciət olunardı".

Ə.Abıyev hazırda rayonda qarlı-şaxtalı, soyuq hava şəraitinin hökm sürdüyünü, amma qışla bağlı bütün kommunal hazırlıqların yüksək səviyyədə görüldüyünü bildirib.

Tarix
2016.01.25 / 16:18
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla