Yuxarı

Bakıda prokuror evi belə yarılıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanvarın 22-də sabiq prokurorun evinə basqın edənlər hələ də tapılmayıb.

Axar.az-a verilən məlumata görə, 74 yaşlı Vaqif Musayevin mənzilini yaran kriminal trionun axtarışı istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Hadisə Balaxanıda Hacı Soltan küçəsində yerləşən evdə qeydə alınıb.

Maskalı şəxslər keçmiş prokurorun və xanımı 68 yaşlı Nəcibə Musayevanın əl-qolunu, ağzını yapışqan lentlə bağlayıblar. Sonra mənzildən 650 manat, 300 dollar və 5000 manat dəyərində zinət əşyalarını da götürərək qaçıblar. Qonşular ahıl ər-arvadın imdadına yetişib.

Zərərçəkənin qohumu Nüsrət Musayev ANS-ə bildirib ki, V.Musayevin vəfat edən qardaşının qiymətli metaldan olan büstü ötən il oğurlanmışdı. Bir müddət əvvəl isə oğlunun mağazası qarət olunmuşdu.

V.Musayev Bakının Nəsimi rayonunun prokuror müavini, sonra Sabunçu rayonunun prokuroru vəzifələrində çalışıb. Məlumata görə, həmin cinayətkar dəstə ötən il martın 6-da Balaxanıda başqa bir evə də basqın edib.

Qəsəbənin Cahangir Cahangirov küçəsi döngə 4, ev 5 ünvanına soxulan şəxslər 58 yaşlı Naruzə Məmmədovadan pul və qızıl-zinət əşyalarını tələb ediblər. Dul və bir övladı ilə həmin ünvanda yaşayan qadın onlara müqavimət göstərmə çalışıb. Amma evə tək olan qadın içəri soxulan şəxslər tərəfindən döyülüb.

Zərərçəkənin qardaşı Vüqar Məmmədovun dediyinə görə, qadının boğazına bıçaq dirəyərək ondan pul istəyiblər. Qadın isə cəmi 2500 manat pulu olduğunu deyib. Oğrular qadının sələmə pul verdiyini deyərək, daha çox tələb ediblər.

Səs-küyü eşidən qonşuluqdakı qohumlar evə gəlib. Qadının mobil telefonunu əlindən alan basqınçılar evdəki telefon aparatının kabelini kəsiblər.

Amma həyətdə adamların çox olduğunu görən oğrular əldə etdikləri qənimətlə evdən qaçmaq istəyiblər. Qapıdan çıxarkən zərərçəkənin qohumları onlardan birinə zərbə endirib. Amma bu da onları zərərsizləşdirməyə kömək etməyib.

Zərərçəkənin qohumu Baxış Məmmədov onlardan birini yerə yıxaraq tutduğunu deyib. Amma həmin şəxs ona bıçaqla zərbə endirib və qaçıb. Zərərçəkənin qohumu oğrunu tanımadığını bildirib.

Tarix
2016.01.26 / 14:33
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla