Yuxarı

Azərbaycan yollarında son vəziyyət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Respublikanın avtomobil yollarında, Bakı şəhərinin küçə və prospektlərində problem yoxdur, nəqliyyatın fasiləsiz hərəkəti təmin olunub.

Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Axar.az-a bildirib ki, gecə boyu yollara nəzarət olunub, buzlaşmış ərazilərə qum-duz qarışığı səpilib.

A.Nəcəfli bildirib ki, dağlıq ərazilərdə qarın yağması davam edir, güclü şaxta var:

"Ona görə də həmin ərazilərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə dayanmadan işlər aparılır".

A.Nəcəfli bildirib ki, "Azəryolservis"in əməkdaşları daim yollara nəzarət edir, həmçinin qurumun qaynar xəttinə buzlanmış sahə olması barədə məlumat daxil olan kimi lazımi tədbirlər görülür:

"Əgər hardasa buzlaşma varsa, vətəndaşlar bizim 599 79 75 qaynar xəttimizə zəng edib məlumat verə bilərlər".

Tarix
2016.01.27 / 10:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla