Yuxarı

İcra başçısı yeni avtomobil aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi "NAZ Lifan" avtomobili alıb.

Bu barədə Publika.az-a icra başçısı özü məlumat verib.

Ə.Abıyev "NAZ-Lifan" avtomobilini hələ 2 ay öncə aldığını söyləyib: "Mən bu avtomobili 2 aya yaxındır ki, almışam və hazırda da istifadə edirəm. Evdə də istifadə edirlər. Çox keyfiyyətli avtomobildir. Əsl ev, ailə avtomobilidir. Mən də bu avtomobili ev üçün istifadə edirəm. Ancaq işə dövlət tərəfindən verilən xidməti avtomobilimlə gəlirəm. Hazırda işə "Niva" ilə gedib-gəlirəm. Çünki Daşkəsən dağlıq ərazi olduğu üçün burada ancaq "Niva" sərf edir".

Ötən gün Prezident İlham Əliyevin məmurlara yerli istehsal olan "NAZ-Lifan" avtomobili almağı tövsiyə etdiyini vurğulayan Abıyev ölkə başçısının bu tövsiyəsinin çox vacib addım olduğunu bildirib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ-Lifan" avtomobillərini almağı tövsiyə edib: "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar".

Tarix
2016.01.27 / 14:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla