Yuxarı

Ordunun yüksək rütbəli zabitləri Bakıda toplandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim-metodiki toplantı davam edir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin ənəvi-Psixoloji Hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyev növbəti günün proqramını elan etdikdən sonra polkovnik Abdulla Qurbani müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 2015-ci ildə yerli icra hakimiyyəti orqanları, müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən tədbirlərdən və onların Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksəldilməsindəki müstəsna rolundan danışıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında Silahlı Qüvvələrin dövlətin əsaslarını təşkil edən mühüm təsisatlardan biri olduğunu, ölkənin təhlükəsizliyini və müdafiəsini təmin etdiyini vurğulayıb.

Hərbi kollektivlərin əsasən gənclərdən ibarət olduğunu diqqətə çatdıran professor Ə.Həsənov şəxsi heyətlə iş zamanı dövllət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin əsas aspektlərinin operativ və dolğun şəkildə onlara çatdırılmasını xüsusi qeyd edib. Hərbi qulluqçuların mətin, iradəli, vətənsevər gənc kimi formalaşaraq ictimaiyyətə inteqrasiyasında hərbi xidmətin əvəzsiz rolundan, bu sahədə şəxsi heyətlə iş üzrə zabitlərin potensialından səmərəli istifadənin zəruriliyindən, əsgərlərin dünyagörüşünün milli-mənəvi dəyərlər əsasında formalaşdırılmasından, onlarda Azərbaycan dövlətçiliyinə, dövlətinə, xalqına və Ali Baş Komandanına sədaqət hisslərinin aşılanmasından və bütün bunların ordu quruculuğunda əhəmiyyətindən danışıb.

Qlobal maliyyə böhranı və kəskin geostrateji mübarizə şəraitində Azərbaycanın mövcud sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti, Silahlı Qüvvələrə göstərilən dövlət qayğısı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tolerantlığın ölkədə həyat tərzi olması və bir sıra vacib mövzulara toxunan Ə.Həsənov toplantı iştirakçılarını maraqlandıran sualları da cavablandırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının çıxışı da toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.

M.Qurbanlı Silahlı Qüvvələrdə həyata keçirilən uğurlu islahatlardan, hərbi, ideoloji işin təşkilində din amilinin rolundan danışaraq qeyd edib ki, Azərbaycan tolerant ölkə olmaqla bu gün dünyanın diqqət mərkəzindədir. Dövlət başçısının 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi haqqında sərəncamı nəinki xalqımız, eləcə də dünyanın bir sıra ölkələri tərəfindən rəğbətlə qarşılanıb və ölkənin nüfuzunu daha da artırıb.

Sonda şəxsi heyətin sullarını cavablandıran komitə sədri Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə cari il üçün birgə tədbirlər planının da təsdiq edildiyini nəzərə çatdırıb və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini bildirib.

Təlim-metodiki toplantı öz işini davam etdirir.

Tarix
2016.01.28 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla