Yuxarı

Bakıda namus üstə boğazı kəsilən kişidən - Son xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaşının gəlini tərəfindən boğazı kəsilən şəxs cərrahiyyə əməliyyatına aparılıb.

Bu barədə Axar.az-a 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) məlumat verilib.

Məlumatda deyilir ki, Hökməli Fətəliyev Ağaəli oğlu həkim Kərəm Yaqubov tərəfindən əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yanvarın 28-nə keçən gecə xəstəxanaya çatdırılan şəxsin bu gün günorta saatlarında vəziyyəti pisləşib. Xəstənin yaxınlarından ona baş çəkməyə heç kim gəlməyib. H.Fətəliyevin 50-55 yaşlarında olduğu qeyd olunub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Aygün Elşad qızı Ələkbərova saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, qadın yaralı kişinin qardaşının gəlinidir.

Qadın ifadəsində qohumunun sərxoş halda onların evinə gəldiyini və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib. İlkin məlumata görə, H.Fətəliyev tüfeyli həyat sürüb.

Tarix
2016.01.28 / 15:02
Müəllif
Fatimə, Emil
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla