Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2017


Nazirlik: Bakı və Abşeronda sürüşmə aktivliyi artır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm Bakı-Abşeron, həm də Respublika ərazisində olan sürüşmə sahələrində monitorinqlər aparılır.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda rayonlarda olan sürüşmə zonalarında aktivlik yoxdur: "Şamaxı, İsmayılı, Gədəbəy rayonlarında olan sürüşmə zonasında müəyyən sahələrdə monitorinq aparırıq. Həmin sahələrdə hazırda sabitlikdir. Çünki orada qar yağıb və torpaq örtüyü qarla örtülüdür, hər yer buzdur. Rayonlarda sürüşmə hadisələri yazqabağı ola bilər, çünki həmin ərəfədə qar əriməyə başlayacaq".

Bakı və Abşeron ərazisində yağan qarın əridiyini vurğulayan mütəxəssis deyib ki, bu səbəbdən müəyyən ərazilərdə, xüsusən də Zığ, Bayıl sürüşmə sahələrində müəyyən aktivləşmə olub: "Həmin yerlərdə olan köhnə çatlarda müəyyən qədər aralanma, 1 sm böyümə baş verib. Müəyyən yerlərdə ancaq torpaqda uçqunlar əmələ gəlib. Bakı və Abşeron ərazisində olan sürüşmə sahələrindəki aktivləşmə qarın əriməsi ilə bağlıdır".

Tarix
2016.01.30 / 17:48
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Tək bir maşın Bakını belə zibilləyirsə... - Video

Deputat nazirə səsləndi: Onların bu pula ehtiyacı var

Nazirlik bu poliklinikanı satır - Foto

Ermənilər mövqelərimizi atəşə tutdu

Leyla Əliyeva YUNİSEF-in regional direktoru ilə görüşdü

Xəzərdə zəlzələ oldu

Nazirdən qaçan məhbuslarla bağlı - Açıqlama

Azərbaycanda 20 hakim işdən çıxarıldı

Nazirliklər bura informasiya yerləşdirmirdi, ancaq...

Ön cəbhə rayonunda qaz, su problemi... - Millət vəkili

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla