Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Oktyabr 2018


Görkəmli filoloq-alim vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib.

Modern.az saytı xəbər verir ki, 84 yaşında dünyasını dəyişən mərhum professor dəfn edilmək üçün doğulduğu rayona - Qəbələyə aparılıb. Ailəsindən verilən məlumata görə, Xalid Əlimirzəyevin yas mərasimləri Bakı şəhərində təşkil olunacaq.

Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub.

X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifidir. O, milli azadlıq hərəkatının fəal üzvlərindən biri olub. Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib.

2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getdiyini bəyan edib.

X.Əlimirzəyev 1974-cü ildən bu günə kimi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi.

Bədii yaradıcılıqla da məşğul olan Xalid Əlimirzəyev bir çox hekayə, povest və dram əsərinin də müəllifidir. Onun pyesləri Akademik Dram Teatrında və başqa teatrların səhnələrində tamaşaya qoyulub. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" adlı (600 səh. həcmində) kitabı çapdan çıxıb.

Tarix
2016.01.30 / 23:56
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanın ermənilərə qan udduran xüsusi qrupu - Detallar

Reyd: 70-dən çox sürücü və piyada cərimələndi

Sürüşmə zonasında son durum: süxurlar yola doğru hərəkət edir

İki nəfəri güllələyən çobanla bağlı yeni məlumat - Rəsmi

Bakı-Sumqayıt qatarı ilə bağlı - Dəyişiklik

İlham Əliyev 4 sərəncam imzaladı

Polis rəisi şagirdlərlə görüşdü: Narkomaniya bəlası...

Zakir Həsənov holdinq rəhbərliyi ilə görüşdü

Novruz Məmmədov nazirləri topladı - Foto

Diqqət: Zağulba yolunun bir hissəsi bağlanır

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla