Yuxarı

Sabah Bakıda Günəş tutulması olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az"ın xəbərinə görə, bu barədə "APA"ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

O bildirib ki, saat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq.

X. Mikayılov qeyd edib ki, Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək: "Bakıda isə Günəş tutulmasını noyabrın 3-də günəş batana yaxın bir müddət ərzində, saat 17:24-dən müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək".

Tarix
2013.11.02 / 11:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla