Yuxarı

Kimlər yalan danışır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalan ayaq tutar, yeriməz - deyiblər. Yəqin ki, bu sözü atalarımız əbəs yerə deməyib. Elə mən də əbəs yerə çəkmədim.

İstirahət günü uşaqları yaxınlıqdakı parka apardım. Qış fəsli olsa da, hava mülayim idi. Havanın mülayimliyi uşaqlara da sirayət etmişdi, digər uşaqlara qoşulub oynayırdılar. Oturduğum skamyada gənc bir qız da oturdu. Xoş görünüşü vardı,ünsiyyətcil idi. Olduqca da şirin danışığı vardı. Bir qədər sonra ona zəng gəldi. Məndən üzr istəyib telefona cavab verdi. İstəməsəm də onun söhbətinə şahid oldum. Qız telefonla danışdığı insana yalan danışırdı. Evdə olduğunu, mətbəxdə oturub çay içdiyini və onun zəngini gözlədiyini deyirdi. Gənc xanımın yalan danışması məni məyus etdi.

Yalanla yaşayan, yalan danışan insanlar çoxdur. Bəs, görəsən insanlar niyə yalan danışır?

Elə bu sualla da tanınmışlara müraciət etdim. Görəsən onlar necə, nə vaxtsa yalan danışıblarmı?


Yaxşılığa xidmət edən hər şey qəbul olunandır

Hərbi tele-jurnalist Rahib Qərib bildirdi ki, yalana münasibəti çox pisdir. "Bir mənalı olaraq yalan danışan insanda digər yaxşı keyfiyyətlər ola bilməz. Amma "məsum yalan" deyilən bir anlayiş var. Bu yalana pis baxmiram. Böyük bir təhlükəni sovuşdurmaq, insanları ədavət və davalardan xilas etmək üçün deyilən yalan təbii ki, qəbul olunandır. Ən azı ona görə ki, yaxşılığa xidmət edən hər şey müsbət qarşılanmalıdır. "

Bütün naqisliklər yalandan törəyir

Yazar Zümrüd Yağmur sorumuza cavab verərkən bildirdi ki, həyatında bir dəfə yalan danışıb. "Adətən bu kimi suallar soruşulanda insanlar yalan danışmadığını söyləyir. Amma mən səmimi şəkildə deyirəm ki, yalan danışmıram və yalana münasibətim də bir mənalı olaraq mənfidir. Ona görə ki, digər naqisliklərin məhz yalandan törədiyi qənaətindəyəm. İnsan hər hansı bir yaramazlığı edib yalanla bunu ört-basdır edirsə, onda belə bir fikir yaranır ki, hər dəfə yalan onu xilas edəcək. Ona görə də özünü və ləyaqətini qorumaq istəyən birinin yalandan uzaq durmasında fayda var. Yalanın insanı necə rəzil günə qoyduğunu, naqislik və danışılan yalanların ona necə qayıtmasını görmüş biri kimi özümə bu rəzaləti rəva görmədiyimdən bəzən yalan danışmaq zərurəti belə ortaya çıxanda ya susmağa üstünlük verirəm, ya da yalan danışmamaq üçün o iş, yaxud əməldən imtina edirəm".

Həyatımda bir dəfə məsum yalan danışmışam

Xanım yazar daha sonra qeyd etdi ki, məsum yalanlara münasibəti pis deyil. "Əgər bu kiminsə eybini örtməyə və ya hansısa vəziyyətdən çıxarmağa xidmət edirsə,yalan danışmaq olar. Həyatımda ən böyük məsum yalanım bir dəfə olub, o da bir xanımın eybini örtmək üçün"…

Yalan danışmağı bacarıram, amma danışmıram…

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu həyatının yalandan ibarət olmadığını, yalanı sevmədiyini söylədi. "Məni tanıyanlar bilir ki, mən yalan danışmağı bacariram, amma heç zaman danışmıram, çünki, özüm öz yalanımı açıram. Yalançı adam həyatda aktyor kimi yaşayir. Bir də əsas odur ki, sənin danışdığın yalan başqalarına problem yaratmir. "Gopçu"luqla yalanı da fərqləndirmək lazimdir. Birincisinin heç bir zərəri olmadığı halda, yalançılar insan həyatını fəlakətə sürükləyə bilər. Məsum,yəni muqəddəs yalanlar da var ki, onların insan üçün heç bir ziyanı yoxdur".

Tarix
2014.02.18 / 08:00
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla