Yuxarı

Mikayıl Cabbarov qanunun “donunu” niyə aça bilmir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəbə hazırlıq təhsilinin məcburi olacağı ilə bağlı informasiyalar yayılmaqdadır. Xəbərə görə, qarşıdakı illərdə təhsilin bir illik məktəbə hazırlıq mərhələsinin icbariliyinin təmin olunması qərara alınıb. Bu o deməkdir ki, orta məktəbə qəbul olmaq üçün birillik bağça təhsil-tərbiyəsi zəruri olacaq.

Kifayət qədər əhatəli və əhəmiyyətli sənəddir. Amma bu, necə icra olunacaq?

Uşaq bağçalarının sayı

Hazırda ölkədə 1666 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu da cəmi 113 min 517 nəfər azyazlı uşağın təlim-tərbiyə və təhsilə cəlb olunmasına imkan verir.

Başqa sözlə, respublikadakı məktəbəqədər yaşında olan uşaqların yalnız 16 faizi bu xidmətdən yararlana bilir. Bunun da çox hissəsi, yəni 23,4 faizi şəhərlərin payına düşür. Kənd yerlərində isə bu rəqəm təxminən 3 dəfə aşağıdır- cəmi 8,6 faiz. Ölkənin yaşayış məntəqələrinin 75 faizində ümumiyyətlə məktəbəqədər təhsil müəssisəsi yoxdur. Hətta son illərdə Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl bağçaların sayının artması da vəziyyəti dəyişməyib. Belə ki, rəsmi açıqlamalara əsasən, 44 özəl təhsil müəssisəsində cəmi 1900 uşaq tərbiyə alır.

Yer yoxdursa, nə etməliyik?

2011-ci ilin dekabrından ölkədəki məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilməsi isə onsuz da ağır olan vəziyyəti bir qədər də qəlizləşib. Övladlarını məktəbəqədər tərbiyəyə cəlb etmək məqsədilə həmin müəssisələrə müraciət edən valideynlərin demək olar ki, hamısı eyni cavabı alır: "Yerimiz yoxdur".

2012-ci il yanvarın 11-də Dövlət Neft Şirkətinin uşaq bağçaları və körpələr evi də BŞİH-ə verilib. Belə qeyri-müəyyənlikdən əziyyət çəkən və hüquqları ayaqlar altına atılan isə yalnız günahsız körpələrdir. Hətta son illərdə müəyyən nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqlar həkimə müraciət edərkən mütəxəssislər onun durumunu yaxşılaşdırmaq üçün kollektivdə uşaqlarla ünsiyyətinin vacibliyini vurgulayırlar. Yapon alimləri məktəbəqədər təhsil alan uşaqlarla almayan uşaqların müqayisəsini apararkən belə nəticəyə gəliblər ki, məktəbəqədər təhsil alan uşaqlar digərlərinə nisbətən həyatda daha çox uğur əldə edirlər. Həmçinin, bu təhsil forması müasir dövrdə psixoloji olaraq onların inkişafında əvəzsiz rola malikdir.

Hansı əsasla birinci sinfə qəbul keçirilir?

2009-cu ildə "Təhsil haqqında" yeni qanunda məktəbəqədər təhsilin məcburi olması məsələsi (maddə 18) nəzərdə tutulurdu. Ancaq uşaq bağçalarının sayının azlığına görə keçmiş Təhsil naziri Misir Mərdanov həmin maddənin "fəaliyyətini dondurdu" – bir il müddətinə.

Aradan 4 ilə yaxın müddət keçsə də, bu istiqamətdə heç bir addım atılmadı və əslində, atıla da bilməz. Əgər yer çatmırsa, Misir Mərdanovun xələfi hansı baza ilə qanunun tələb olunan maddəsinin "donunu" aça bilər? Ümumiyyətlə, niyə Misir Mərdanov yalnız birillik "donmadan" danışırdı?

Çünki dörd il ötüb, amma hələ də 5 yaşadək olan uşaqların 80 faizindən çoxu məktəbəqədər təhsildən kənardadır qalır. Ancaq 6 yaşında təhsilə başlamaq üçün evdən birbaşa məktəbə yollanan uşaqdan imtahan götürülür. Hansı əsasla? Axı bu, hansı məntiqə sığır? Uşağın qanunla verilən hüququnu təmin etmədən ondan "qanun çərçivəsində" akademik biliklər tələb etmək nə dərəcədə məqbuldur?

Tarix
2013.11.03 / 12:44
Müəllif
Fərqanə VƏKİLOVA
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla