Yuxarı

«Avtovağzal» stansiyası fəaliyyətə başlayır - FOTO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərti adı "Memar Əcəmi-2" ("Cavadxan") stansiyasını "Avtovağzal" stansiyası ilə bağlayacaq sahədə son inşaat mərhələsi başlanıb.

"Axar.az"ın xəbərinə görə, bu barədə Metropolitenin mətbuat xidmətindən məlumat verilib. Yaşıl xəttə keçid funksiyası daşıyacaq "Memar Əcəmi-2", ümumiyyətlə, metropoliten tarixində inşaat, quraşdırma, forma, məzmun və funksionallığı ilə fərqlənəcək bir stansiya olacaq. Artıq əraziyə eskalatorlar daşınıb və onların quraşdırılması üçün ilkin quraşdırma meydançasının tam təhvil verilməsinə də az müddət qalıb.

Qeyd edək ki, burada metropolitenin etibarlı tərəfdaşına çevrilmiş "Tüyssen Krupp" ("Thyssen Krupp") şirkətinin 16 eskalatoru quraşdırılacaq. Burada eskalatorların dəmir-beton konstruksiyasının qurulmasına da başlanılıb. Artıq kompleksinin ümumi uzunluğu 167 metrə yaxın olan stansiyanın inşa olunduğu ərazidə abadlıq işlərinin yerinə yetirilməsi məqsədilə ilkin işlərə də başlanılıb. Ərazidə müxtəlif şaxta çıxıntıları da çoxluq təşkil edir. Təhlükəsizlik tədbirləri sırasında yeni xətlərin stansiyalarında həm də yanğından mühafizə sistemlərini də qeyd etmək lazımdır. Stansiyada qurulacaq avadanlıqlardan əlavə, həm də giriş-çıxışlara paralel hazırlığı təmin ediləcək yanğından mühafizə təyinatlı xidməti pilləkənlər də nəzərə alınıb.

Texniki mərtəbədə elektrik yarımstansiyası, ventilyasiya otaqları, rele otaqları və s. kimi texniki xidmət sahələri yerləşəcək... Bənövşəyidən Yaşıl xəttə keçid funksiyasını daşıyacağından "Memar Əcəmi" stansiyasına keçid məsələləri də həllini tapmalıdır. Bu səviyyədə əsas işlər artıq görülüb. İki stansiya arasındakı birləşmə dəhlizinin tikintisi başa çatdırılıb, izolyasiya və müvafiq bərkitmə yerinə yetirilib.

Tarix
2013.11.04 / 11:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla