Axar.az
Yuxarı
16 Yanvar 2017


Dəhşətli təcrübə: Yadplanetlilərin yeraltı dünyası - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerin altında dünyaların olması ilə bağlı müxtəlif iddialar hər zaman olub. Bəzi iddialara görə isə yerin dərinliyində öz dünyasını quran varlıqlardan biri də yadplanetlilərdir.

Axar.az xəbər verir ki, Yeni Meksikada yerləşən 900 nəfər əhalisi olan Dulse qəsəbəsi (Dulse bazası) belə yerlərdəndir. Dulsenin ən önəmli özəlliyi "Arkuletta Mesa"nın altında dərin sirr saxlamasıdır. Bu sirr, deyilənə görə, hökumət və yadplanetlilərin laboratoriyalarda insanlar və heyvanların üzərində qorxunc təcrübələr həyata keçirməsindən ibarətdir.

Ərazidə yaşayan insanların dediklərinə görə, Dulse bazasında tez-tez parçalanan mal-qaralara rast gəlinir. Tədqiqatçılar parçalanan mal-qaranın UNO-larla əlaqəli ola biləcəyini iddia edirlər. Həmin ərazidə UNO-ların, qəribə işıqların görünməsi də bu iddiaya inanmağa əsas verir.

Amerikalı araşdırmaçı Paul Benevitz Dulse bazası ilə bağlı bir çox açıqlamalar verib. Onun verdiyi məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi bilinmir. Paul Benevitz UNO tərəfindən qaçırılan yenimeksikalı Maynre Hansenin başına gələn hadisələri araşdırıb. Onun araşdırmasına görə, Hansen 1980-ci ildə yeraltı təsisə aparılıb.

Kristo Tilton isə 1987-ci ilin iyulunda kosmik gəmi ilə gələn iki balaca yadplanetli tərəfindən qaçırıldıqdan sonra anlayışını itirib. O, qaçırıldıqdan sonra təhlükəsizlik kameraları və kompüterli idarə sistemi olan bir tunelə aparılıb. Tilton üzü tanıyan kompüter qarşısına keçirilib. Kompüter Tiltona bir şəxsiyyət vəsiqəsi çıxartdıqdan sonra rəhbər onu yerin yeddi qat dərinliyinə gətirib.

Kristo qaçırıldığı zaman gördüklərinin əksəriyyətinin şəklini çəkmişdi.

Onun Dulse bazasında nəyə şahid olması və digər baş verən qorxunc faktlardan məlumat almağınız üçün videonu təqdim edirik:

Tarix
2016.08.21 / 20:55
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Dünyanın ən təhlükəli ailələri: Tarverdiyeva... – Video

Bu evdə əşyalar hərəkət edir – Video

Liftlərdə baş verən 5 qorxunc hadisə - Video

Dünya liderlərinə 10 məşhur sui-qəsd - Video

2016-cı il 5 dəqiqədə - Video

Putinin 64 yaşına hazırlanan – Video

Azərbaycanlı gəncdən qeyri-adi evlilik təklifi - Video

Zombilər 100 ildə belə dəyişdi – Video/18+

İtmiş dünyadan gələn adam 1954-də üzə çıxdı - Video

Göz yaşardan eksperiment: “Yüreqimiz...” – Video

KULT
Xəbər xətti
 
SORĞU
Türkiyədə terroru hansı ölkələr təşkil edir?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla