Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


Tərtərdə qeyri-adi toy karvanı - Video

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə hamı onlardan danışırdı. Görənlər o anları qaçırmamaq üçün telefonları ilə çəkdilər. Söhbət yük maşınlarından ibarət toy karvanından gedir. Bir çoxları gəlin gətirmək üçün bahalı maşınlar axtarsa da Tərtər sakini ənənəni pozub, gəlinə sürpriz edib. Gəlini gətirməyə yük maşınlarından ibarət karvanla gedib.

Xəzərxəbər xəbər verir ki, Gəlin də, gəlini gətirənlər də hamısı yük maşınındadır. Toy karvanı yük maşınlarından ibarətdir. Görənləri təəccübləndirən toy Tərtərdə olub.

Çoxları gəlin gətirməyə bahalı və lüks avtomobil axtarışında olsa da Orxan Səfərli bu iş üçün öz "çörək ağacı" saydığı yük avtomobilini seçib. Bu işdə ona 35 illik yük maşını sürücüsü atası Sultan Səfərov və peşə yoldaşları dəstək verib.

Bunun üçün onlar əvvəlcə gəlin maşınını başdan ayağa bəzəyiblər. Avtomobili 26 yaşlı bəy özü sürüb. Digər 15 yük maşını ilə birlikdə Sarıcalı kəndindən Tərtər şəhərinə gəlin gətiriblər.

Bu anlar gəlin Arzu Səfərli üçün də unudulmaz olub. Yük avtomobillərindən ibarət toy karvanı Tərtər küçələrində xeyli marağa səbəb olub. Qohumları və dost - tanışları cütlüyə xoşbəxtlik arzulayıblar.

Tarix
2016.03.16 / 10:09
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bu azərbaycanlının hərəkətləri heyrət doğurur - Video

Psixoloq mediaya səsləndi: Bu xəbəri verməyin! - Video

Psixoloq: Çarəni intiharda görənlər… - Video

Vəfa Əkbər çağırış etdi: İntihar… - Video

Rusiyanın Azərbaycana satdığı tanklar - Video

Agentlik: "Piyada keçidi podium deyil" - Video

Dünyanın ən təhlükəli ailələri: Tarverdiyeva... – Video

Bu evdə əşyalar hərəkət edir – Video

Liftlərdə baş verən 5 qorxunc hadisə - Video

Dünya liderlərinə 10 məşhur sui-qəsd - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla