Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Dekabr 2017


Məmurlarımız harda müalicə olunur?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir insan dünyasını dəyişəndə adətən o adamın vəfat etməsinə, cavandırsa, həyatının yarıda qalmasına təəssüflənirik. Amma unuduruq ki, ölüm təkcə bir insanın həyatını kəsmir, onun ətrafında formalaşmış dünya, arzular, xəyallar, gələcəklə bağlı qurulan planlar ölür. Bir övladın ölməsi ilə ananın onunla bağlı qurduğu xəyallar, ana, ata ölürsə, övladın xəyalları, arzuları əngəllənir.

Bir insanı öldürmək təkcə onu deyil, onun ətrafında formalaşan dünyanı öldürməkdir.

Bir müddət öncə Azərbaycan mediası həkimlərin səhlənkarlığı, savadsızlığı ucbatından həyatını itirən tənqidçi Elnarə Tofiqqızının dünyasını dəyişməsi, tanınmış jurnalist Afət Telmanqızının ailəsində baş verən faciə ilə sarsıldı. Təbii ki, yüzlərlə adam eyni səbəb üzündən dünyasını dəyişir, amma bu faktlar mediada əksini tapmır.

Qəssabdan daha artıq qəssab

Azərbaycan səhiyyəsinin durumu, həkimlərin savadı haqqında uzun-uzadı danışmağa gərək görmürəm. Görünən kəndə nə bələdçi...

O kəndsə bütünlükdə Azərbaycandır...

...Və o görünən "kənddə" bir qəssabın satdığı ətdən yüz qram kəsməsi ilə cərrahiyyə stolundakı həkimin vicdandan yoxsul olmasına eyni yanaşma var.

Bir çox həkimsə qəssabdan daha artıq qəssabdır.

Qatili, birini təsadüfən öldürəni mühakimə edirik, amma savadsız olduğunu bilə-bilə ona pənah gətirən bir xəstəni soyuqqanlılıqla və pul üçün öldürən həkimi yox!

Qatili cəzalandırıb həbsxanaya salırıq, xəstəni öldürən həkimsə işindən belə kənarlaşdırılmır. Beləcə, ona başqalarını da öldürmək şansı yaradılır.

Qatili hakim qanunlarla ittiham edir...

Həkimisə nə dövlət, nə də toplum ittiham etməkdə maraqlıdır..

Çünki hər ikisinin vicdanında ləkə var...

Məmurların xarici həkim sevdası...

Zənginlər, məmurlar xəstələndikdə Türkiyəyə və Qərbə üz tutur. Demək ki, onların həkimlərin savadsızlığından hər hansı bir bəla görəcəkləri ilə bağlı rahatsızlığı yoxdur. Yəqin ki, elə bu üzdən həkimlərin savadsızlığı ucbatından dünyasını dəyişən insanların faciəsindən yazan qəzetləri laqeydliklə büküb bir kənara atırlar.

Maraqlıdır, başqasını demirik, görəsən Səhiyyə naziri Oktay Şirəliyev sağlamlığında bir problem yarananda harada müalicə olunur?

Bu haqda Səhiyyə nazirliyindən heç nə öyrənmək mümkün deyil.

Azərbaycan xəstəxanalarının bir çoxu şəfa deyil, cəfa ocaqlarıdır.

Tarix
2013.11.04 / 20:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
loading...
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla