Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Yoxluğun içində həmişə varsan

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevginin zirvəsi Rafiq Əliyevə (və sevgisini itirən hər kəsə…)

Yaraları sağaldan zaman SƏNin yoxluğunu unutdura bilmədi. SƏNsizliyi sağalda bilmədi. Bir günlük xatirəni bir gecəyə danışıb qurtara bilmirdik. İndi bir gecəyə 40 illik xatirəni özüm-özümə danışıram. Öz-özünə danışmaq qədər sürətli heç nə yoxmuş bu sürət zamanında.

***

Bir ildir əlim evimin zənginə qalxmır. Üzümə heç kimin açmadığı qapının çalınan zənginə özüm gedirəm. Gələn qonaqlar da daha əvvəlki kimi səslü-küylü olmurlar. Özünəməxsus sükut, səssizlik aparıb dəhlizin nəvazişli şirinliyini. Otağın boşluğunu duyan çaynik də dəyişib səsini. Divara hopan səslər gecələr olanları, olmuşları yuxuma danışır ahəstə bir səslə. Düz bir ildir evin hər tərəfindən-gah otaqdan, gah mətbəxdən mənə zillənir baxışların:

- Ac deyilsən?

- Çay içmisənmi?

- Sənə soyuq deyil ki?

- Gecələr üstünü yaxşı ört.

- Bayırda yaman soyuqdur, əynini qalın gey...

Hər yerdə, hər zaman SƏN varsan. Məni darıxdıran və məni darıxmağa qoymayan SƏN. Gecələr "yuxun şirin olsun" dediyim SƏNə, "əbədi yuxun şirin olsun" deyirəm bir ildir. Xəyalların, xatirələrin yola verdiyi bu bir ildə alışa bilmədim SƏNsizliyə. Bu evin hər yerində SƏN varsan. Güzgülər hələ də SƏNi göstərir. Siluetin baxır güzgüdən:

- O biri köynəyi gey.

- Bu qalstuk sənə yaman yaraşır.

- Şərfini vur...

***

Səfərə çıxıram. Dönub arxaya boylanıram. Qapı elə mən örtən qapıdır. Pilləkanlər də qupquru…

Tarix
2013.11.05 / 00:06
Müəllif
Rafail Tağızadə
Şərhlər
loading...
Digər xəbərlər

Gecə tənhalığı

Yoxluğun acısı

“Prezident etirazlara görə istefaya getməyəcək”

Daha yaşamaq necə olur...

Bir payız axşamı

Özgə Zamanın şairi - Adil Mirseyid...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla