Yuxarı

Müstəqillik yazısı sabaha qalsın!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Coğrafiyaçıyıq. Ən müqəddəs siyasi və ya mənəvi dəyərlərimizi belə çayın, yolun, suyun içində axtarırıq.

Əgər Bakıya yağış yağıbsa, Qubaya ilk qar düşübsə, deməli, canlı varlığın yaşaması üçün gərəkən nemətlərin Göydən düşməsi mütləq bir kənarda qalacaq, əvəzində hamı toparlanıb ondan fəlakət mövzusu düzəldəcək.

Bəndələrin şikayəti təbiəti özü olmaqdan çəkindirir. Hər gün havadan asılılığımız artır. Bir xalq olaraq metohəssaslığımız bütün başqa xüsusiyyətlərimizi üstələyir.

Halbuki müstəqlliyimizə gələn yol indi Bakıdan çəkib virtual məkana daşıdığınız mənzərələrlə müqayisə oluna bilməzdi. Azərbaycan qan gölünə çevriləndə heç kəs evindəki istilik sistemini düşünmürdü.

Azadlığımız üçün özlərini fəda edənlər - şəhidlərimiz qaz, su, işıq davası etməyiblər və onları müqəddəsləşdirən də elə budur.

Xiyabanlarımızın önündə alovlanan mavi yanacağı durdursanız belə, Vətənin oğul və qızlarının ruhu özü əbədi məşələ çevrilib millətimizə yol göstərəcək!

Azadlıq təkcə sizin görmək istədiyiniz Bakının sulu yollarından, müvəqqəti işığı kəsilən daxmalarından, soyuq və kimsəsiz guşələrindən ibarət deyil!

Azadlıq - sizin xilas üçün axtardığınız Nuhun gəmisinə malik olmaq deyil!

Azadlıq - hər addımda tələb etmək və günahlandırmaq, özünə haqq, başqasına nahaq nəzərləri ilə yanaşmaq deyil!

Azadlıq - yalnız ehtiyac zənbili və təqaüd, saraylar və komalar arasında gedən maddi savaş deyil!

Azadlıq - hər kəsin qarşısında fəxarətlə "mənim dövlətim var" deməkdir!

Azadlıq - öz taleyinə sahib olmaq, icazəsiz yazıb-yaratmaq deməkdir!

Azadlıq - min illərdi səni yox etmək istəyənlərin əhatəsində var olmaqdır!

Azadlıq - zülmət qaranlıqda işığı görməkdir!

Azadlıq - uluların ruhları ilə yaşamağı bacarmaqdır!

Azadlıq - ən ağır və məşəqqətli anında belə, Vətəni güzəştə getməməkdir!

Ona görə də əziz dostlar, yağışdan çıxıb müstəqlliyə qayıdın!

Bir məhəllədə batıb qalan, mənzilinə gec çatan adamlar uzaq məsafəyə gedən bir millətin övladlarıdır. Hədəfə yetişmək üçün hələ çox getməliyik. Bir vaxtlar SSRİ-də başımıza gələnlərin qanı, vəhşəti, çətinliyi indi sizin 20 Yanvardan çəkib göstərdiyiniz mənzərələrin hamısını asanlıqla örtə bilərdi.

Müstəqilliyimizin 25 yaşını qeyd edərkən onu məhəlli sularına qərq etməyin!

Xalqımızın tarixi nailiyyətləri və min illik arzularının gerçək mücəssiməsini məmura, parlament üzvünə, hakimə və yolçuya görə qiymətləndirməzlər.

Azadlığımız hər birimiz üçün ayrıca bir nemətdir, sərvətdir, hava və sudur!

Azadlığımız mübarək olsun!

İnsanlarımızın istiqlal ruhu hər cür seldən güclüdür!

Məhmət Akif Türkiyənin tarixinə çevriləndə yırtılmış köhnə libasla kürsüdəydi. Yaxud, evlərində lampa yandıran babalarımız o zəif hənirtidən böyük bir alov düzəldə bilmişdilər!

Suyumuz, istimiz, işığımız kəsiləndə azadlığımız kəsilməsin!

Müstəqillik qumaş deyil, adi kətan parçasına bürünmüş libasla da gözəldir!

Bayramınız mübarək olsun!

Qoy həmişə millətimizin üstünə müstəqilliyin günəşi və yağışı düşsün!

Müstəqillik yazısı sabaha qalsın!

Tarix
2016.10.18 / 11:52
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla