Yuxarı

Aldatmadığım həkim qalmayıb

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxınlarda oğlum bərk soyuqlamışdı. Nənəsi dedi ki, ciddi şey deyil, həkimə ehtiyac yoxdur, gətir kürəyini keçi piyi ilə ovxalayaq, belini yodlayaq, keçib gedəcək. Apararsan həkimə, pis dərman yazarlar, uşağa bir şey olar, evimiz yıxılar.

Anam belə şeylərdə ustadır, amma ürəyim lap arxayın olsun deyə, onun sözünə baxmadım, oğlumu apardım xəstəxanaya. Özüm dəfələrlə azarlamışam, soyuq olub, qrip tutub, mədəm, ürəyim, böyrəyim ağrıyıb, heç birində həkimə getməmişəm; lap ağrıdan ölsəm də, yerimin içində ilan kimi qıvrılsam da. Ona görə də xəstəxana məsələsində çox təcrübəsizəm.

Həkimlərimiz haqqında əsas məlumatım mətbuatda oxuduğum xəbərlərdən ibarətdir: filan cərrah xəstənin sağ ayağının əvəzinə solu kəsdi, tələbə qız burun əməliyyatında öldü, doğuş zamanı işıqlar söndü, ana dünyasını dəyişdi və s.

Bu cür xəbərlər istər-istəməz məndə travma yaradıb, Azərbaycan səhiyyəsinə iynənin ucu boyda da inamım qalmayıb. Həkimlərimiz fərli olsaydı, bir az imkanı olan adam müalicə üçün xaricə üz tutardımı? Yerli xəstəxanalarımız canının qədrin bilməyənlər üçündür.

Bu həkimlərə potensial qatil kimi baxıram. Ola bilər yaxşı həkimlərimiz də var, amma inam yoxdur. Hətta məni düzgün müayinə etsələr də, lap müalicəmi düzgün yazsalar da, yenə şübhəli qalıram. Kimsə bizim həkimlərin əməliyyat stolundan salamat çıxsa da, xeyri yoxdur, elə bilirəm təsadüfən sağ qalıb.

Oğlumu xəstəxanaya aparan kimi qorxumdan həkimin cibinə bəri başdan 50 manat qoydum ki, birdən elə bilər pul-zad verən deyiləm, uşağa səhv dərman yazar, ya ciddi baxmaz. Həssas ata ürəyindən həmişə qəribə hisslər keçir, həkimə 50 manat verəndən sonra nə fikirləşsəm yaxşıdır? Birdən elə başa düşər cibinə pulu az qoymuşam, məsuliyyətsizlik edər, bizi başından eləyər, oğluma pis dərman yazar.

Daha utanmaqdan keçmişdi, əl atıb həkimin cibinə qoyduğum 50 manatı çıxartdım, özünə göstərdim, üzündəki razılıq əlamətini hiss eləyəndən sonra təzədən qaytarıb cibinə qoydum. Ürəyim sakitləşdi.

Həmişə uşağı həkimə aparanda əynimi-başımı yaxşı geyinirəm ki, həkimlər elə bilsin pullu adamam, balama yaxşı baxsınlar. Anasına deyirəm ki, əvvəlcə saç salonuna get, bəzən-düzən, həkimin yanına ürəklə gir, heç nədən qorxub çəkinmə, ayaqqabılarını döşəməyə bərk vur, qonşudan-zaddan iki-üç dənə qızıl sırğa al, üst-üstə hamısını tax qulağına, qoy kasıb olduğumuz bilinməsin.

Biz dəfələrlə həkimləri bu cür aldatmışıq. Axırda "sağ ol" deyib getdiyimizi görəndə qanları qaralıb. Bəlkə də ürəklərində peşman olurlar ki, mən niyə o uşağa diqqətlə baxdım, niyə o uşağa yaxşı müalicə yazdım? Buna görə özlərini bağışlaya bilmirlər.

Gələn dəfə başqa həkim yanında gedirik, onu da beləcə aldadırıq.

Bakıda aldatmadığım həkim qalmayıb. Məni bir ata kimi bu cür anormal vəziyyətə saldığına görə Azərbaycan səhiyyəsinə minnətdarlığımı bildirirəm.

Tarix
2016.10.20 / 12:01
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla