Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Mən niyə yalançı oldum?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Freyd yalanı təhlil edərkən belə bir yanaşma ortaya çıxardı: Dürüst olub hərdən yalana müraciət edənlər, yalançı olub yalan danışanlar və əslində dürüst olmayıb özünün dürüst obrazını yaratmaq üçün yalan danışanlar…

Zənnimcə, ən qorxulu olanlar üçüncü kəsimdir və nə yazıq ki, Azərbaycanda üçüncü kateqoriyaya daxil olanlar daha çoxdur. Mahiyyətdə ölkədə yalan insanların özünümüdafiə sisteminə çevrilib, çünki cəmiyyət o qədər acımasız və qəddar olub ki, insanlar daima qorunmağa ehtiyac duyur.

Bir yalandan qurtul, başqa naqisliklər özü yox olacaq

Məhəmməd peyğəmbərin yanına gələn biri şikayətlənir ki, mən üç günah edirəm. Zina, yalan və dedi-qodu… Peyğəmbər deyir ki, yalandan xilas ol, qalanları özü həll olunacaq. Adam hər dəfə zina və dedi-qodu etmək istəyəndə bunları yalanla ört-basdır edəcəyini düşünüb əməllərindən geri çəkilir və beləcə, hər üçundən xilas olur.

İndi toplumda yalana elə bir təlabat yaranıb ki, insanlar yalan danışmadan özlərini realizə edə biləcəklərini ağıllarının ucundan belə keçirmirlər. Cəmiyyətdə yuxarıdan aşağıya yalan və riyakarlıq ixrac olunur.

Adi həyat şərtlərini təmin etmək, gündəlik çörəyini qazanmaqdan tutmuş ən böyük əməlin altına imza atmağa qədər, yalan əsas vasitə olub. Çünki ənənvi olaraq "düz düzdə qalıb" və bu üzdən də insanların dürüstlüyə inamı, güvəni qalmayıb.

"Bura Azərbaycandır!"

Görəsən, bu ölkədə yalanın ayaq tutub yeriməsinə səbəb nədir? Bəlkə "imanlı, dinli, allahlı" bəndələrimizə yalan "kənardan" idxal olunub?

Bu ölkədə min bir yön dəyişən, ədaləti öz siyasəti ilə hiyləsinə alət edən ədalətdən, əxlaqında ləkə olan əxlaqdan, istedaddan kasad olan dahilikdən, dünyəviliyi ilə gözə girən sufilikdən danışmaqdan çəkinmir.

Yalan qardaşlığı…

Kimsə də bir-birindən çəkinmir, utanmır. Çünki yalan cəmiyyətdə hamını bərabərləşdirib. Yalan bizim aramızda, münasibətlərimizdə, düşüncələrimiz və əməllərimizdə rahatlıqla yaşayır.

İctimai qınağın olmadığı, hamının yalanda və naqilslikdə eyniləşdiyi cəmiyyətdə yalanın yox olması mümkün deyil. Kimsə yalan danışdığına görə didilmir, başını yastığa qoyanda öz vicdanına üz tutub, "mən niyə yalançı oldum?"sualını vermir.

Vicdan qarşısında hesabat yoxdursa… yalandan necə qurtula bilərik?!

Tarix
2013.11.06 / 20:04
Müəllif
Zümrüd Yağmur
Şərhlər
loading...
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla