Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Avqust 2017


Avropada millətçilik niyə artır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Populizm bir məfhum olaraq siyasət elmində nisbətən yeni anlayışdır. Hətta ona hələ də elmi izahat verilməyib. Siyasət professoru Jan-Verner Müller bunun haqqında ilk dəfə əsər yazmış insandır.

Populizm - demokratiyanın zəif nöqtələrini göstərərək, müxtəlif ideologiyaların (sosial-demokrtaiya, liberalizm, majoritarizm) yaxşı cəhətlərini şüar edərək, onlardan bir “kokteyl” düzəldərək mövcud rejimə, ideologiyaya, ya da hökumətə qarşı çıxma, onu tənqid etmədir.

Populistlər sağcı və solcu, dindar və ateist ola bilər.

Populistlər müxtəlifliyi inkar edir. Populistlər hər fürsətdə rəqiblərini “vətənə xainliklə” ittiham etməyi sevir. Çünkü vətənə xəyanət ittihamı olduqca geniş, əhatəedici bir hücum növüdür, digər tərəfdən onun sübutlarının olub-olmadığını sadə xalqın anlaması çətindir. Bir başqa dünyagörüşə sahib olan insanı populistlər asanlıqla vətənə xəyanətdə ittiham edir, çünki düşünüb başqa əsaslı bir ittiham tapmaq imkanları xaricindədir.

Populistlər getdikçə artır, məsələn Almanyada “Almanya üçün Alternativ - AfD”, ABŞ-də Tramp və onun davamçıları və s. tipik populist siyasətə bir nümunədir.

Populist siyasətlərin ən sıx-sıx dilə gətirdikləri problemlər bunlardır (ölkədən ölkəyə bunlar dəyişə bilər): miqrantlar, işsizlik, siyasi elitanın korrupsiyalaşması, xalqın problemlərinin eşidilməməsi, dünya imperializmi, radikal dindarlar və terrorizm. Populistlərin qabartdıqları və müdafiə etdikləri dəyərlər isə bunlardır: milliyyətçilik, vətən, demokratiya, regionçuluq, müstəqillik, vətən xainləri ilə mübarizə.

Hakimiyyətə qarşı olan populistlər söz verir ki, işsizliyi tamam-kamal aradan qaldıracaqlar. Savadlı insan bunun yalan bir vəd olduğunu anlayır, çünki bazar iqtisadiyyatının olduğu yerdə işsizliyin olmaması mümkün deyildir.

Populistlər işsizlik müavinətini xeyli artıracaqlarını deyirlər, lakin bunu vergiləri artıracaqları hesabına edəcəklərini xalqdan gizlədirlər.

Populistlər yerli sahibkarın qorunacağı vədini verirlər, lakin hakimiyyətə gəldikdən sonra hökumət satınalmalarında öz qohumlarına və dostlarına üstünlük verəcəklərini gizlədirlər.

Populizmin məqsədi

Hakimiyyəti ələ keçirmək üçün onların yalanları hər yerdə eynidir – hakimiyyətin mənbəyi xalqdır, buna görə xanım Merkel miqrantları deyil, Almanyanın əsl xalqı olan almanları düşünməlidir, ona səs verən almanların istədiyi kimi davranmalıdır və suriyalı qaçqınları ölkədən çıxarmalıdır...

Eynisini Tramp da demişdi.

“Populizm sadəcə anti-liberal deyildir, o, eyni zamanda, anti-demokratikdir” deyəndə, Müller haqlıdır.

Avropa Birliyinə 54 millard avroluq mal satan Türkiyə Prezidenti Ərdoğan deyir ki, Almanya bizi qısqanır, ölkəmizi bölmək istəyir, çünki qısqanmasaydı, Almanyadaki bütün kürdləri ölkədən çıxarardı. Amma açıq etiraf edilməlidir ki, Avropada plüralist demokratiya var, ifadə azadlığı da ən geniş dərəcədə qorunur. Türkiyəni bölmək istəyən Qərb hər il ora minlərcə turistin getməsinə heç bir əngəl törətmir. Bu da sizə fərq – turistin seçiminə qadağa qoyan Rusiya və AKP-ni sevməməsinə baxmayaraq, turistlərin Türkiyəyə gedişinə heç bir meneə törətməyən Avropa.

Məqsəd nəzərə alındıqda, Saakaşvilinin populist olub-olmadığı mübahisəlidir. Saakaşvili korrupsiya ilə mübarizə aparmış, seçkiləri saxtalaşdırmağa çalışmadan öz vəzifəsini bir başqasına vermişdi.

Populizmin güclü cəhəti

Populizmin ən güclü cəhəti plüralist demokratiyanın mükəmməl və ideal idarəetmə modeli olmamasıdır. Plüralist demokratiya sadəcə olaraq, fərdi azadlığı təmin etmə baxımından bugünə qədər bilinən ən uğurlu modeldir. Populistlər isə daha ideal bir model vəd edir, amma indiyə qədər uğurlu bir populist modelin olduğu misalını əsla dilə gətirmir.

Qəribədir, bəzi siyasətçilər Çin və Hindistanın dünyada olduqça inkişaf etdiyini deməkdən çəkinmirlər. Amma demirlər ki, Çin və Hindistanın xalqı olduqça kasıbdır, istehsalatın vacib bir hissəsini də amerikan şirkətləri üçün aparırlar.

Populizmin digər güclü tərəfi geniş dünyagörüşə sahib olmayan və siyasi prosesslərdən bixəbər seçiciyə birbaşa təsir göstərib onu yanına ala bilməkdir. Bunun üçün populizm insan psixikasının zəif bir cəhətindən istifadə edir – qorxu halında birləşmə, daha az tələb etmə, daha az düşünmə refleksindən. Bu refleks hər canlıda mövcuddur. Bu siyasi texnika isə belə işləyir – siyasətçi öz danışıqlarında düşmən obrazı yaradır. Bu düşmən vətəni və xalqı məhv edə bilər, bunun qarşısını almaq üçün isə dövlətə (siyasətçilərə) müstəsna səlahiyyət verilməlidir.

Lenin, Stalin və Hitlerin yolu bu idi. Trampın düşmənləri müsəlmanlar idi. İranın düşməni isə şeytan Amerikadır. Rusiyanın düşməni Qərbdir...

Miqrant axımı isə Qərbdəki populizmi bəsləyən bir fenomendir.

Avropada milliyətçiliyin artmasına səbəb olan iki əsas faktor var: iqtisadi krizislə birləşən miqrant axımı.

Populizmin zəif cəhətləri

Populizmin əsas zəif cəhəti emprik yolla onun sübut edilməməsi, hətta onun yalan olmasının üzə çıxmasıdır. 20-ci, ya da 21-ci əsrdə uğurlu populist siyasətin misalını göstərmək mümkün deyildir. “Uğurlu” deyəndə bunları nəzərdə tuturam: azadlığı, iqtisadi rifahı, sosial ədaləti və sülhün bir arada təmin edilməsi.

Populizmin digər əskik cəhəti onun həm də nəzəri olaraq bir bütovlüyə sahib olmamasıdır. Populizmin prinsipləri arasında bir uyum və uyğunluq yoxdur, hətta onlar bir-birinə ziddir. Məsələn, Almaniya xaricilərə və xaricə sərhədləri bağlasa, bunun ardınca mal dövriyyəsini də dayandırmalıdır, belə bir siyasət hara götürəcəkdir? Almaniya iqtisadiyyatı geriləcəyi kimi, növbəti bir Avropa müharibəsi də gec-tez ortaya çıxacaqdır.

Putin iddia edir ki, o ölkənin suverenliyini və təbii varlıqlarını qoruyur. Nəyi qoruduğu, necə qoruduğu, kimin üçün qoruduğu isə olduqca mübahisəlidir.

Asiyaçılıq dəyərmi?

Ruslar avrasiyaçılıq, Çin və türk siyasətçilərdən bəzilərinin isə asiyaçılıq dedikləri dəyərlər tənqidə olduqça açıqdır.

“Avropa dəyərləri” deyilən anlayışın nə olduğu bəllidir, bunları Avropa İnsan hüquqları Konvensiyasında, BMT İnsan Hüquqları Xartiyasında görmək mümkündür və tənqid olunması da çətindir. Bu dəyərlərin əvəzinə Asiya nə qoya bilmişdir? İnsanların sırf fikirlərini ifadə etdiklərinə görə güllələndiyi Çin dəyərlərinimi? Hansı qlobal dəyəri bu mədəniyyətlər dünyaya aşılaya biliblər?

İslam dinində belə xeyli dəyərlərin (bəziləri mübahisəlidir) bəlli olduğu halda, hələ də Asiya dəyərlərinin nə olduğu məlum deyildir, digər tərəfdən, “yaşlılara hörmət” deyə bir prinsip Avropada da var və dövlətin sosial siyasətinin nəticəsi olaraq bütün dünyada gəzən qoca avropalı turistləri görə biləcəyiniz halda, qoca rusları görmək mümkün deyildir.

Demokratiyanın qlobal olmasının zərurəti

Populist siyasətçilər hakimiyyətə gəlmək və onu əldə saxlamaq üçün millətçi duyğuları istismar edir, milli dəyərləri, mədəniyyəti və maraqları daima qabardır və “qlobal demokratiya” idealını bir aldatma kimi təqdim edirlər. Halbuki bir az irəli baxsaq, demokratiyanın ancaq qlobal olması halında soyqırım, aparteid və müharibə kimi faciələrin önlənə biləcəyi aydın olar.

Populist siyasətçilərin çoxu adətən geniş dünyagörüşdən uzaq, demokratik dəyərləri mənimsəməyən insanlardır. Demokratik dəyərlər dedikdə, bunun da elmi bir yanaşması mövcuddur və demaqoq populistlərin dediklərinin əksinə, demokratiya, Linkolnun dediyi kimi, artıq “xalqın xalq tərəfindən idarə olunması” deyildir. Qulağa xoş gəlsə də, xalqın milli və milliyyətçi idarəçiliyi insanlıq faciələrinin qarşısını ala bilməmişdir. İnsanlığın inkişaf yolunda əsas maneə populizm arxasında gizlənən diktatorlardan daha çox müharibədir. Azərbaycan oxucusu isə bunu daha yaxşı anlamalıdır – şimal qonşumuz öz suverenliyi, milli maraqları adına, bunu xalq istəyir deyərək, məsələn, Gürcüstana hücum edərsə, əlbəttə, bu cür majoritar və robespyeran demokratiya həqiqət və ədalət adına sadəcə bir yalan olar.

Deməli, demokratiyanın əsas məqsədlərindən biri də sadəcə konkret ölkədə olan insanın azadlığını təmin etmək deyildir, eyni zamanda, regional yanaşmada insan azadlığını təmin etməkdir.

Demokratiyanın müasir forması plüralist demokratiyadır, bunun ən yaxşı demokratiya növü olduğunun əməli sübutu isə miqrasiya edən insanların seçdiyi ölkələrin məhz plüralist demokratiyaya sahib olmalarıdır.

Tarix
2016.12.06 / 22:05
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

Lamiyə niyə aktuallaşdı?

Qız 9-dan sonra evə gəlirsə…

Permyakov hansı həqiqəti pıçıldadı?

Heyf ki, Avropa getdikcə müsəlmanlaşır

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla